Azərbaycanca

Ağdam – “Qafqaz Xirosiması” – VİDEO

03.02.2014 | 17:22

“Qafqaz Xirosiması” filmi ermənilərin yer üzündən sildiyi Ağdam şəhərinə həsr olunub. Filmin süjeti, Ağdamın indiki mənzərəsini Xirosimanın atom bombasından sonrakı halına bənzədən xarici jurnalist və diplomatların sitatları üzərində qurulub.

Filmin müəllif Vahid Qazi: “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirməklə, beynəlxalq internet şəbəkələri və axtarış portallarında dünyaya yaymaqla Qarabağ probleminin əsl mahiyyətini daha sadə dillə dünya ictimaiyyətinə çatdırmaq istəyirik”.

Ağdamın işğaldan əvvəlki və indiki görüntüləri əks olunan foto və videolardan istifadə olunmaqla hazırlanan film 15 dəqiqə davam edir.

Kadrlar, Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baleti, Bethovenın 5-ci simfoniyasından seçmə müsiqi parçaları, Motsartın “Rekviyem”, Kşiştof Pendereskinin “Xirosima şəhidləri üçün matəm mahnısı”, “Qarabağ bülbülləri”nin ifasında “Bayatı Şiraz” əsərləri ilə müşayiət olunur.

– See more at: http://karabakhinfo.com/video-arxiv/2478-adam-qafqaz-xirosimas-vdeo.html#sthash.3jmmP9v2.dpuf

03.02.2014 17:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*