Azərbaycanca

Ağdam RİH başçısının müavini: “Ağdam əhalisi döyüş əmri gözləyir”

04.08.2014 | 12:23

foto00..İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmişdilər. Düşmən tərəfin etdiyi basqın nəticəsində Azərbaycan Milli Ordusunun 13 əsgəri şəhid olub.

 
İyulun 31-dən bu günə kimi cəbhə bölgəsində vəziyyət ağır olaraq qalır. Xüsusilə də, Ermənistanla həmsərhəd olan rayonlarda.
Ağdam rayonundan da atəşkəsin pozulması xəbərləri gəlir. Hazırda Ağdam rayonunda vəziyyətin hansı yerdə olduğunu dəqiqləşdirmək məqsədilə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalova müraciət etdik . O “KarabakhİNFO.com” beynəlxalq elekton jurnalına açıqlamasına bildirdi ki, hazırda Ağdamda vəziyyət stabil olaraq qalır. Onun sözlərinə görə, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Cəvahirli, Nəmirli əraziləri düşmən ordusu tərəfindən atəşə tutulub: “Amma onu da deyim ki, Azərbaycanın Milli Ordusu düşmənin layiqincə susdurmağı bacarıb. Hal-hazırda vəziyyət stabil olaraq qalır. Ağdam rayonu mərkəzi hissəsi sayılan Nizami qəsəbəsində abadlıq işləri həyata keçirilir”.

 
A.Zeynalov onu da əlavə etdi ki, Ağdam əhalisi Ali Baş Komandanın döyüş əmrini gözləyir: “Hər kəs işğalçı ermənilərə Azərbaycan ordusunu gücünü hiss etdirmık istəyir. Sizin vasitənizlə bir daha bildirmək istəyirəm ki, rayonda vəziyyət sakit olaraq qalır. Bəzi xəbər saytlarında yanlış və həqiqətə uyğun olmayan məlumatlar yayırlar”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

04.08.2014 12:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*