Azərbaycanca

Ağdama doğru gedəcəyik

03.08.2014 | 20:18

61706Ermənistan silahlı qüvvələri ötən gecə də ənənələrinə sadiq qalaraq cəbhənin Tərtər istiqamətində atəşkəsi pozub.

ANS TV-nin məlumatına görə, qarşı tərəf rayonun işğal altındakı Seyidsulan kəndindəki mövqelərindən, ordumuzun üzbəüz mövqelərini atəşə tutub. Milli ordumuzun da cavabı özünü çox gözlətməyib.

 

Cəbhənin Ağdam istiqamətində də Ermənistan tərəfi təmas xəttində yerləşən kəndləri və ordumuzn mövqelərini iriçaplı silahlarla gülləbarana məruz qoyur. Gecə saat birdə başlayan atışma, təqribən 25 dəqiqə davam edir. Bu dəfə də qarşı tərəf cavabını alır.

Milli ordumuzun adekvat cavabından sonra təmas xəttində sakitlik höküm sürür. Qarşı tərəf ara-sıra uzaq məsafəni işıqlandıran xüsusi qurğularla cəbhə xəttini müşahidə etməyə çalışır.

Kənd sakinləri də gecəboyu cəbhə xəttində baş verən atışmanı şahidi olub.

 

Kənd sakini Vüqar Hümbətovun sözlərinə görə, bəzi saytlarda bildirilir ki, guya camaat kəndləri tərk edir: “Camaat Ağdama doğru getmək üçün tələsir. Qaçırıqsa, biz Ağdama doğru qaçmağa hazırıq. Ordumuza güvənirik ki, burda dayanırıq”.

 

Əldə etdiyimiz məlumatlara görə, ötən gecə baş verən atışmalar zamanı milli ordumuzun hərbi qulluqçuları arasında ölən və yaralanan yoxdur.

 

 

 

“KarabakhİNFO.com”

03.08.2014 20:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*