Azərbaycanca

Ağdama doğru – YENİLƏNİR

06.08.2014 | 10:05

yolllBir neçə saat bundan əvvəl xəbər verdiyimiz kimi “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının bir qrup əməkdaşı Ağdama gedib.

Hazırda əməkdaşlarımız Ağdamdadırlar və Soltanbud meşəsi ilə Qərvəndə doğru gedirlər. Təfərrüatlar barədə məlumat veriləcək.

 

***

Əməkdaşlarımız hazırda Qərvənd kəndindədirlər. Kənd sakinlərinin dediklərinə görə, Ağdamın Bayramlı və Yusifcanlı kəndlərinin geri alınması xəbəri doğru deyil.

 

***

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Baş redaktoru Zaur Qəriboğlunun verdiyi məlumata görə, hazırda Ağdamın Qərvənd kəndində sakitçilikdir, əhalinin əhval-ruhiyyəsi yüksəkdir.

Zaur Qəriboğlu bildirib ki, Ağdam əhalisinin əsas narahatlığı müharibə deyil, yayılan yalan xəbərlərdir. Kənddə həyat öz axarı ilə davam edir. Heç kəs kəndi tərk etməyib, hər kəs öz işi ilə məşğul olur.

Qeyd edək ki, əməkdaşlarımız hazırda Orta Qışlaq və Sarıcalı kəndlərinə doğru gedirlər. Təfərrüatları izləyin.

 

 

“KarabakhİNFO.com”

06.08.2014 10:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*