Azərbaycanca

“Ağdama dönüş”…

26.01.2015 | 17:17

elnur

“Ağdam” rəvayətinə qulaq asanlar özünü Ağdamda sanır”

“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının növbəti müsahibi əslən Ağdam rayonundan olan tanıınmış meyxanaçı Elnur Ağdamlıdır. Elnur Ağdamlı ilə söhbətimiz Ağdam xatirələri, meyxalanarındakı Qarabağ həsrəti ilə əsasında oldu.
Ağdam torpağı adətən tanınmış muğam ifaçıları məşhurdur.

Ağdamlı olaraq necə oldu meyxanaya maraq göstərdiniz?

Atam Ağdamın Seyidli, anam isə Qiyaslı kəndindəndir. Sumqayıtda böyüməyimə baxmayaraq, uşaqlığım Ağdamda keçib. Meyxanaya həvəsim isə Sumqayıtda yaşadığım üçün yaranıb. Düz buyurursunuz, Ağdam torpağı çox məşhur muğam ifaçıları yetişdirib. Meyxana deməyimə baxmayaraq, mənim milli musiqimiz olan muğam və xalq mahnılarına böyük marağım var.

Elnur müəllim, bu gün əksər meyxanaçılar vətənpərlik mövzusuna müraciət edir. Sizin repertuarınızda vətənpərvərlik mövzusunda olan hansı mahnılar var?

Vətənpərvərlik mövzusunda mənim meyxanalarımın sayı heç də az deyil. Azərbaycana bağlılıq, Qarabağ həsrəti ilə bağlı meyxanalarım var. Müğənni Sevil Sultanova ilə məşhur “Qarabağ” mahnısını birgə ifa etmişik. “Qarabağ” mahnısının meyxana ilə sintez etmişik.

Bəs, Ağdam haqqında necə meyxananız varmı?

“Ağdama dönüş” adlı meyxanam var. Həmin meyxanaya 2005-ci ildə klip də çəkilib. Və Ağdam haqqında rəvayətim də mövcüddür. Həmin rəvayətə qulaq asanlar bir anlıq özlərini Ağdamda sanırlar.

İşğal altında olan doğma Ağdamınızı necə xatırlayırsız?

Ağdam çox gözəl təbiətə malik olmaqla yanaşı, mədəniyyətin məskəni idi. Hazırda Ağdam mənim üçün bir yaradır, ürəyimdə köz bağlayıb. Demək olar ki, iki gündən bir Ağdamı yuxularımda görürəm. Yuxularımda görürəm ki, Ağdam işğal olunmayıb, kəndimiz, evlərimiz əvvəlki kimi durur.

Ağdama sizin nəyiniz qaldı?

Ağdamda doğmalarmın məzarı, dadını unuda bilmədiyim bulaqlar və uşaqlığım qaldı.

Artıq neçə ildir ki, Ağdamdan ayrı düşmüsüz… Sizə bir neçə dəqiqəlik doğma Ağdama getmək imkanı verilsəydi, geri qayıdanda Ağdamdan nə götürərdiniz?

Hazırda qəhər məni boğur. Və mən tək onu deyə bilərəm ki, elə bir şansın olsa, ilk olaraq doğma kəndimizdən bir ovuc torpaq özümlə götürərəm. Və mən inanıram ki, Ağdam qayıdacaq özümüzə, özü də lap tezliklə. . .

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

26.01.2015 17:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*