Azərbaycanca

Ağdamda eramızdan əvvəl 11-12-ci yüzilliyə aid nekropol aşkarlanıb

19.08.2014 | 14:36

0ec705cfd8fccb41162a69be5f570c2eAğdamın Yuxarı Yüzbaşılı kəndinin ərazisində eramızdan əvvəl 11-12-ci yüzilliyə aid olan nekropol aşkarlanıb

 

“KarabakhİNFO.com” beynəlxalq  e-jurnalının  APA-ya istinadən verdiyi xəbərə görə, altı qəbirdən ibarət olan abidədə həmin dövrün mədəniyyətini öyrənməyə imkan verən mədəniyyət nümunələri də müəyyən edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq son 100 ildə aparılan araşdırmalar siyahısında nadir tapınıtı hesab oluna bilər.

 

 

Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü əlamətlərə malik olmayan qədim qəbristanlıq mövcuddur. Qəbirlərin coğrafiyasına görə və tapılan nümunələrə əsasən, buranın qədim və inkişaf eləmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.

 

 

Nekropol ərazidəki Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi tanınan qədim yaşayış məskənlərinin əhatəsindədir və Xocalı-Gədəbəy mədəniyyətinin ikinci inkişaf mərhələsinə aiddir.

 

 

Bu tapıntılar imkan verir ki, həmin dövrün adət ənənələrini, yaşayış tərzini daha yaxından öyrənmək mümkün olsun.

 

 

Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki, yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar yaxın gələcəkdə də davam etdiriləcək.

19a2243ca04d29dfd4160f7431451a25 95dfe59968c24cefb4a6a65503e7c29c 677b4f201b2d10762fcaadd578ad9e72 a157d5391ba8bcfa7d50706e87320f67 b5d99b72b0e6fc9cd95f0fdb926fa32d dbd1e733037fb290ae73518cdda60ca5 0ec705cfd8fccb41162a69be5f570c2e

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

19.08.2014 14:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*