Azərbaycanca

Ağdamda yüzlərlə gənc vuruşmaq üçün silah istəyir

04.08.2014 | 11:05

Ağdgencler agdamamın Quzanlı qəsəbəsində şəhid Əmədov Qaryağdının yas mərasiminə Gəncə və Qəbələdən gəlmiş təxminən 70 nəfərə yaxın gənc yas mərasimindən sonra hikkə və hiddət içərisində qoşunların təmas xəttinə doğru irəliləyib.

Mövqelərə doğru qaçaraq və hayqırışlarla irəliləyən gəncləri polis və əsgərlər dayandıra bilməyib. Kütlənin ön xəttə yaxınlaşmasınn qarşısını yalnız əlavə polis və əsgər qüvvələrinin əraziyə cəlb olunmasından sonra ala biliblər. Hazırda ordu və daxili qoşunların əlavə qüvvələri vətəndaşların ön cəbhəyə yaxınlaşmasının qarşısını almaq üçün təmas xəttində kordon yaradıblar.

 

Ölkə.az-ın bölgə müxbirinin verdiyi xəbərdə bildirilir ki, cəbhə bölgəsinə Azərbaycanın digər rayonlarından də gələnlərin sayı getdikcə artır. Döyüş xəttinə yaxın yerləşən rayon və qəsəbələrə yüzlərlə könüllü gəncin gəldiyi bildirilir. Gənclər Qarabağın azad edilməsi uğurunda ölüm-dirim mübarizəsinə hazır olduqlarını bildirərək onların qarşısını kəsən polis və ordu zabitlərindən silah tələb ediblər.

 

“KarabakhİNFO.com”

04.08.2014 11:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*