Azərbaycanca

“Ağdamın canlı adı “Qarabağ” futbol komandasıdır”

22.07.2013 | 14:41

1374489226_adil-1Müsahibmiz Ağdam rayonunu təmsil edən “Qarabağ” futbol komandasının təsisçisi Adil Nadirovdur.

  – Adil müəllim, “Qarabağ” futbol komandası neçənci ildə yaradılıb?

 

 

“Ağdamın canlı adı “Qarabağ” futbol komandasıdır”  –  “Qarabağ” futbol komandasını 1987-ci ildə mən yaratmışam.Birinci dəstədə oynamışıq,sonradan komadanı güclülər dəstəsinə çıxarmışıq.Bu komandanı yaşatmaq üçün çox əziyyətlər çəkmişəm. “Qarabağ” futbol komandasını 1992-ci ildə Ağdamdan çıxarmışam. Qoymamışam ki, bu komanda batsın.Çünki Ağdamın canlı adı budur. Mənim qardaşım Ərşad müharibədə şəhid oldu, əmim və xalam oğlanları yaralandı. Mən də vətən üçün komandanı yaşadaraq bu cür vuruşdum. Hər kəs vətən üçün öz sahəsində can yandırmalıdır. Hazırda komandanın sponsoru “Azərsun” şirkətidir. Amma ondan qabaq komandaya 2001-ci ilə qədər Xətayi rayon prokuroru Yusif İldırımzadə ən çox köməklik edib. Deyərdim ki, komandanın qalmaığının yüzdə yüz səbəbkarı odur.

 

 –  Bu gün hər kəs öz sahəsində Qarabağı təbliğ etməlidir. Siz də bu komandanın adı altında Qarabağı beynəlxalq arenada necə təmsil və təbliğ edirsiniz?

 

–  Biz çalışırıq ki, Avropada yaxşı çıxış edək. 1996-cı ildə Çexoslovakiyada Avropa kuboku oyununa getmişdik.Həmin gün də Ağdamın işğal günü idi. Bizim oyun 30 ölkəyə televiziya ilə yayımlanacaqdı. Mən orada məcbur etdim ki, bir dəqiqəlik sükut elan olunsun. Və onlar elan etdilər ki, bizim komandanın təmsil etdiyi şəhər ermənilər tərəfindən işğal olunub.

 

Mən icazə vermirəm ki, heç kim başqa formada oyuna çıxsın. Həmişə oyunçuların paltarında “Qarabağ” sözü yazılır. Məsələn, 1995-ci ildə Finlandiyaya UEFA kubokuna getmişdik. Meydançaya çıxanda gördük ki, bizim komandanın adı “Karabak” yazılıb. Onda biz dedik ki,  oyundan imtina  edirik. Məcburi şəkildə “k”nı “q” elətdirdim.Yəni mənim də gücüm buna çatıb. Öz sahəmdə bu işlərlərlə məşğul olmuşam. “Qarabağ” üçün hər şey etmişəm. Bu yaxınlarda Ağdamın Quzanlı kəndində mənim 60 illiyim keçirildi. Çıxış edərkən dedim: “ mən illərdir  çalışırdım bu komandanı qaytarım Ağdama. O gün gəldi qismət oldu biz Quzanlıda oynadıq. Mən öz arzuma çatdım. Komandını qaytardım Qarabağa. Amma siz hələ Qarabağa gələ bilmirsiz. Çalışın siz də gəlin Qarabağa”. Yəni həyatımı qurban vermişəm bu komandaya. Bu gün “Qarabağ” üçün, ümumiyyətlə, vətən üçün hər şeyə hazıram.

 

 – Bu müddətdə olubmu ki, ermənilərlə qarşılaşasınız?

 

– Bir dəfə Moskvada olub. Düzdü, onlar ayrı qrupda idlər, bizmlə düşmədilər.Onlar Stapanakertin futbolçuları idilər, hamısı da məni tanıyırdılar. Məni gördülər və yaxınlaşdılar, amma mən danışmadım.Mən necə onlarla danışa bilərdim? Mənim qardaşımı öldürübər. Mən qardaşımın qanını almalıyam onlardan.

 

 – Qarabağ müharibəsi illərində Ağdamda futbol oyunları olurdumu?

 

-Bəli biz orda idik. 1992-ci ildə Tovuzun “Turan” komandası ilə oynayırdıq. Fasilədə ermənilər meydançaya qrad atdılar. Qardaşıma zəng edib vəziyyəti dedim. O da rabitə ilə xəbər verəndən sonra bizimkilər  erməniləri susdurdular.Ondan sonra futbolumuzu oynadıq. Elə Qarabağda axırıncı oyunumuz da o oldu. Ondan sonra mümkün olmadı oynamaq. Məlum oldu ki, ermənilər futbol meydançasını hədəfə alıblar. Çünki 3-5 min azarkeş olurdu. Qrad atıb hamını qıra bilərdilər. Sonra yaxınlaşıb Fred Asifə dediki ki, biz də gedib vuruşaq. O dedi ki, elə camaatı bura yığıb futbol oynamağınız vuruşmaqdır.

 

 –  Siz inanırdınızmı ki, erməni Ağdamı  işğal edə bilər?

 

–  Biz erməninin  qeyrətinə bələd idik. Erməni tək bizim torpağa girə bilməzdi.Bu gün də deyirəm ki, yoxdur onlarda o qeyrət. Orda rusların barmağı idi. Mənim qardaşım deyirdi ki, 6 nəfər əsir götürüb, onun 4 rusdur…

 

 –  Ağdamdan çıxdığınız son günləri necə xatırlayırsınız?

 

–  1993-cü ilin 23 iyulundan oradan çıxmışam. İyulun 22-si mən Bakıda idim. Mənə zəng gəldi ki, təcili gəl rayona, qardaşın Ərşad yaralanıb. Qayıdıb gördüm ki, Ərşadı qradla vurub öldürblər. Ayın 23-də Ərşadı Uzundərədə dəfn etdik.Ondan sonra çıxdıq Ağdamdan. Bilirsiniz, çox söz çıxdı ki, Ağdamı veribər. Mən bir şey dəmək isdəyirəm ki, ağdamlı öz torpağını qoyub gələrdimi? Mənim atamın, anamın qəbirləri ordadır, onları qoyub gələrdimmi? Vətənimiz gedib, ağdamlılara böyük zərbə dəyib.

 

 –  Ümumiyyətlə, sizə Ağdamı ən çox nə xatırladır? 

 

–   Hər şey.Sizə bir misal çəkim. 1969-cu ildə Mingəçevirin “Toxuculuq” komandasında futbol oynayırdım. Biz getmişdik Qafanla oynamğa. Gələndə Ağdamdan keçirdik.Gəldik Ağdamda Lenin bağı deyilən yerdən su içməyə.Yayın istisində o su adamın əlini üşüdürdü. Bizdə bir Muxtar var idi.  İndi rəhmətə gedib.Dedi ki, ay Adil, sən deyirsən ki, Ağdamda hər iki nəfərdən biri oxuyandır.  Dedim hə. Göstərdi ki, bax iki nəfər gəlir, onlardan bir oxusun mən deyim ki, sən düz deyirsən. Soruşdum ki, hansınızın səsi var.Bildirdilər ki, hər ikisinin. Dedim ki, nə oxuya bilərsiniz? Dedilər ki, “Sona bülbüllər”i. Uşaq necə  “Sona bülbüllər”i oxudusa, bir də gördüm ki, Muxtar getdi başladı sudan içməyə. Soruşdum ki, Muxtar nə edirsən? Dedi: “Yox e, ölənəcən bu sudan içəcəm ki, məndə də səs əmələ gəlsin”. Bax, Qarabağ belə bir yerdir. Mən həmişə deyirəm, Qarabağda bir oxumaq, bir də futbol yerdən qaynayır.Gözümü açmışam mən futbolla yaşamışam. Düzdü, ixtisasca müsiqçiyəm,amma mənimki, futbol olub.

 

 –  Ağdama qayıtmaq ümidiniz hələ ölməyib ki?

 

–  Mənim başqa ümidim yoxdur.Ağdamsız mən özümü heç kim sayıram. Mən özümü Bakıda qonaq bilirəm. Mənə elə gəlir ki, sabah, birisi gün gedəcəm Qarabağa. Mənim üçün burda yaşamaq xoş deyil. Hamı üçün öz yurdu şirindir. Məmin bir arzum var ki, öz yurduma gedim. Mən hər dəqiqə özümü Ağdamda hiss edirəm. Bütün günü televizoru izləyirəm ki, sülh danışıqlarının müsbət nəticəsi olacaq.Amma inanmıram ki,nəsə ola. “Donuz girib yapışıb xırmana. Burnuna vurmasan çıxmaz, axı”. Ona görə real müharibə lazımdır. Başqa yolu yoxdur. Bir də Ermənistanın iqtisadiyyatı günü-gündən geri gedir. Bəlkə məcburiyyət qarşısında nəyəsə gedələr. Onlar da elə millətdir ki, acından ölərlər, amma çətin geri çəkilələr. Onların qanındadır onun-bunun torpağına girmək. Bir məhşur lətifə var. Erməni gedir Moskvada böyük bir hotelə yer almaq istəyir. Soruşurlar neçə günlük istəyirsən. Deyir ki, 5 aylıq. Hoteldən erməniyə yer verməkdən imtina edirlər. Deyirlər ki, siz 5 ay burada qalsanız, deyəcəksiniz ki, bura bizimdir.

 

Fuad Hüseynzadə

 “KarbakhİNFO.com”

 

“Ağdamın canlı adı “Qarabağ” futbol komandasıdır”“Ağdamın canlı adı “Qarabağ” futbol komandasıdır”

 

 

22.07.2013 14:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*