Müharibə zamanı Ağdamda ermənilər tərəfindən dağıdılan məşhur çay evi Quzanlı qəsəbəsində yenidən tikilir.
Yerli sakinlərin verdiyi məlumata görə, eyni layihədə qurulan məkan 3 mərtəbəlidir.
3 ay bundan əvvəl tikintisinə başlanan çay evində son tamamlama işləri gedir.
Tikinti işlərini qısa zamanda başa çatdırmaq üçün xeyli sayda işçi cəlb olunub.
Qeyd edək ki, işlər yerli icra hakimiyyəti tərəfindən aparılır.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı “Qafqazinfo”ya istinadən fotoları təqdim edir.
“KarabakhİNFO.com”