Azərbaycanca

Aİ-nin xüsusi nümayəndəsi azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan qarşısında qaldıracaq

29.04.2015 | 17:32

mammadyarov_gorush_main_290415

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında müzakirələr aparılıb və mövcud status-kvonun qəbuledilməz və davamsız olduğu vurğulanıb.

E.Məmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə toxunaraq, beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən humanitar xarakter daşıyan bu məsələnin Ermənistan qarşısında qaldırılmasının vacibliyini vurğulayıb. O, girovların səhhəti ilə əlaqədar Azərbaycan tərəfinin narahatlığını ifadə edib.

H.Salber azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan tərəfinin qarşısında qaldırılacağını bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi, Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, DNK analizləri vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barədə məlumat verilə bilər.

Nazir Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb.

H.Salber birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və bu Oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirə aparılıb.

Trend.az

29.04.2015 17:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*