Azərbaycanca

Akop İnciqulyan Ermənistan ordusunda hərbi xidmətə yollanıb

18.11.2014 | 16:33

akopBir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Ermənistanın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.

 

 

O bildirib ki, A. İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.

 

 

Qeyd edək ki, A. İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verdikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.

 

“KarabakhİNFO.com”

 

 

18.11.2014 16:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*