Azərbaycanca

Alban dilində bəzi dualar

24.07.2013 | 11:08

1374649520_alban-dilind-dua (1)Dövrümüzədək alban dilində yazılmış çox sayda (yüzlərcə) dua mətni də yetişmişdir. Bunlar əsasən Əhdi – Ətiq və Əhdi – Cədiddən, o cümlədən İncildən ayrı – ayrı parçalardır. V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dini kitablar ciddi cəhdlə qorunurdular.

Sözügedən mətnlərin bir qismi Avstriya, Polşa və İtaliyada, digər qismi isə Ermənistanda qorunmaqdadır. Murad Aci Ermənistanda saxlanılan mətnlərin məhz alban mətnləri olduğunu başa düşməsə də, maraqlı bir məlumat verməkdədir. O yazır:

“Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi”.

 

Azərbaycan oxucusunda müəyyən təsəvvür yaransın deyə, bu məqaləmizdə sözügedən mətnlərdən bir neçə fraqmenti, daha doğrusu Həzrət Davudun (ə) “Zəburun”un ilk məzmurlarının bir neçəsini  tərcüməsi ilə birlikdə təqdim etməyi lazım bilirik.

Əhdi – Ətiq, Həzrət Davudun (ə) “Zəbur”undan bir parça

 

Məzmur 1

 

Sağmosu Tavitnin.

 

Sanlıdır er, xaysı ki barmadı kenqəşinə xırsızlarnınq, da yoluna yazıxlılarnınq ol turmadı, da oltur ğuçuna ərçəllərninq ol olturmadı.

Davudun (ə) Zəburu.

Pislərin məsləhəti ilə getməyən,

Günahkarların yolunda dayanmayan,

Rişxəndçilərin arasında oturmayan insan

nə bəxtiyardır!

Evet orenkinə Eyəmizninqdir erki anınq, da orenki anınq sağışlağay ol kündüz da kecə, da bolğay ol necik terək ki, tikiliptir barğanına suvlarnınq, xaysı ki yemişin kendininq vaxtına bergəy da yapraxı anınq tökülməgəy; da barça, ne ki etsə, onqarılğay anqar.

 

O ancaq Rəbbin qanunundan zövq alar,

Gecə-gündüz bu tə’limatı dərin düşünər.

Axar sular kənarında əkilən ağac kimi

Barını mövsümündə verər,

Yarpağı solmaz,

Etdiyi hər işdə uğur qazanar.

 

Dügüldür bu türlü xırsızlar, da ne ol türlü, evet necik yel, toznu ki yağdırır yerninq yüzü üsnə. Anınq üçün turmısarlar xırsızlar yarğuğa da ne yazıxlılar sağışına toğrularnınq.

 

Pis adamlar belə deyil, onlar ancaq yelin sovurduğu saman çöpünə bənzər. Buna görə pis adamlar hökm günündə, günahkarlar salehlərin məclisində dayana bilməz. Çünki Rəbb salehlərin yolunu qoruyur, pislərinsə yolu onları ölümə sürüklər.

Məzmur 2

 

Sağmosu Tavitninq.

 

Nek müşxülləndilər dinsizlər da joğovurt sağışladılar boşluxnu? Xarşı boldular xanları yerninq da buyruxçılar yıxıldılar birgə Eyəmiz üçün da yağlanğanı üçün anınq. Çeşiyix bağların alarnınq da salıyıx bizdən boyundruxun alarnınq. Turucı köktə külgəy alardan, da Biy heç etkəy alarnı. Ol vaxt sözləgəy alar bilə öcüşməxi bilə kendininq də yürəklənməxi bilə kendininq müşxüllətkəy alarnı. Men turdum xan andan üsnə Sionnunq, tağına ari anınq, aytmağa manqa buyruxun Eyəmizninq.

 

Davudun (ə) Zəburu.

Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə, Onun məsh etdiyinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddətlə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm». Rəbbin fərmanını e’lan edəcəyəm.

Biy ayttı manqa: «Oğlum menim sensen, men bügün toğurdum seni. Xolğın mendən, da beriyim sanqa dinsizlərni menqərməgə sanqa, da buyruxçılıx sanqa barça xırıxlarına yerninq. Kütsərsen alarnı tayax bilə temir, necik sağıt çölməkçininq, uvatsarsen alarnı».

 

Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, bu gün sənə Ata oldum. Məndən irs olaraq millətləri istə, mülk olaraq yerin hər tərəfini sənə verim. Dəmir əsa ilə onların gücünü qıracaqsan, saxsı qab kimi onları çilik-çilik edəcəksən».

Hali, xanlar, bunu eskə alınqız, ögütləninqiz barçanqız, kimlər ki yarğularsiz yerni. Xulux etinqiz Eyəmizgə xorxu bilə da sövününq üz alnına anınq titrəməx bilə. Yöpsününqüz ögütün anınq ki, öcəşlənməgəy Biy da taspolursiz yollarından toğruluxnunq Zamanına, ne vaxt xapunsa öcəşməxi anınq. San barçasına, xaysıları ki umsanıptırlar Biygə.

 

İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın! Rəbdən qorxub Ona xidmət edin, həm titrəyin, həm sevinin. Oğulu öpün ki, qəzəblənməsin, yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

Məzmur 3

 

Sağmosu Tavitninq.

 

Biy, ne köp boldu xıstırıçılarım menim! Köplər turdular üstümə menim! Köplər aytırlar edi boyum üçün menim ki, yoxtur xutxarılmaxı anınq Tenqrisinə kendininq. Evet sen, Biy, boluşucım menimsen, haybatım menim da biyiklətüçisi başmnınq menim.

 

Davudun (ə) Zəburu.

Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!

Mənim üçün çoxları deyir: «Allah onu xilas etməyəcək». Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, şərəfimsən, başımı uca edən Sənsən!

Avazım bilə menim men Biygə sarnadım, da işitti manqa tağında kendininq. Men çırım ettim da yuxladım, oyandпm, da Biy yöpsünövüçüm menimdir. Xorxmandır men tümən çerüvündən alarnınq ki, çöp-çövrə dolaşıp xapsap saxlıy edilər meni. Kel, Biy, da xutxar meni, Tenqrim menim, zera sen urdunq barçasпn, kimlər edilər menim bilə duşmanlıxta heç yergədən, da tişlərin yazıxlılarnınq uvatkaysen. Eyəmizninqdir xutxarmaxlıx, üsnə joğovurtunqnunq seninq alğışınq seninq.

 

Rəbbi ucadan səsləyirəm. O, müqəddəs dağından mənə cavab verir. Yatıram, yuxuya gedirəm, yenə oyanıram, çünki Rəbb mənə kömək edir. Hər yandan məni mühasirəyə alan on minlərlə xalqdan qorxmuram. Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənləriminəngindən vurursan, pislərin dişlərini qırırsan. Qurtuluş Rəbdəndir, qoy Sənin xeyir-duan xalqının üzərində olsun!

Məzmur 4

 

Sağmosu Tavitninq.

 

Sarnağanımda menim işittinq manqa, Tenqri, toğruluxınqa körə tarlıxtan manqa avlax ettinq, yarlığa manqa da işit alğışıma menim.

 Adam oğlanları, negə dinqrə bek yürəklilər? Nek söviyirsiz heçlikni da izdiyirsiz yalğanlıxnı?

 

Davudun (ə) Zəburu.

Səni çağıranda mənə cavab ver, ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, lütf edib duama qulaq as!

Ey insan övladları, nə vaxtadək şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib, yalan axtaracaqsınız?

Tanınqız ki, tamaşa etti Biy arisinə kendininq, da Biy işitkəy manqa sarnağanıma menim anqar. Öcəşməxinqiz, da yazıxlanmanqız, ne ki aytsanqız yürəkinqizdə sizinq, da töşəkinqizdə sizinqpoşman bolunquz.

 

Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir. Qorxub-titrəyin, günah etməyin, yataqda ürəyinizdə düşünün, dinməyin

Sununquz xurbanın toğruluxnunq da umsanınqız Biygə. Köplər aytırlar ki: «Kim körgüzgəy bizgə yaxşılıxın Eyəmizninq?» Nışanlandı bizgə yarıxı yüzünqdən seninq, da berdinq fərahlik yürəkimizdə bizim. Yemişindən aşlıxnınq, çaxırnınq, zəytünnünq alarnınq toldurdunq alarnı. Eminlik bilə bunu da bunda yuxlıyıx da oyanıyıx, zera sen, Biy, yalğız Biy, hani umsanq bilə seninq turğuzdurdunq bizni.

 

Salehlik qurbanları kəsin, yalnız Rəbbə güvənin. Çoxları belə deyir: «Kim bizə yaxşılıq

edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal. Onların bol taxılından, şərabından daha

çox mənim qəlbimə sevinc verdin. Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əminamanlıqda yaşadırsan!

Məzmur 5

 

Sağmosu Tavitninq

 

Sözümə menim xulax xoyğın, Biy, da esinqə alğın çaxırıxımnı menim. Baxkın avazıma alğışımnınq menim, xanım menim da Tenqrim menim. Men seni xolarmen.

Davudun (ə) Zəburu.

Ya Rəbb, sözlərimə qulaq as, ah-naləmə nəzər sal. Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as, çünki Sənə dua edirəm.

Biy, ertərək işitkəysen avazıma menim, ertərək hadir bolıyım xarşı sanqa. Dügül ki sen, Tenqri, klərsen törəsizlikni, turmaslardırlar sendə yamanlar, törəsizlər turmağaylar alnına közünqnünq seninq.

 

Ya Rəbb, səhər erkən səsimi eşidirsən, səhər erkən Sənə dua edib cavab gözləyirəm. Çünki Sən pislikdən xoşlanan Allah deyilsən, şər Sənin yanına gəlməz.

Körəlmədinq alnına, kimlər ki xılınıyırlar Törəsizlikni, tas etərsen barçasın, kimlər ki sözlərlər edi yalğannı. Erni xan töküçini da hilləlini murdar etərsen sen, Biy, evet, Biy, men köplüxünə körə yarlıxamaxınqnınq seninq kiriyim övünqə seninq, yerni öpiyim sarayınqa ari seninq xorxunq bilə seninq.

 

Təkəbbürlülər hüzurunda dayana bilməz, bütün şər iş görənlərə nifrət edirsən. Yalan söyləyənləri məhv edirsən, Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən. Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm, Üz tutub müqəddəs mə’bədinə qorxu ilə səcdə edəcəyəm.

Biy, yol körgüz manqa toğruluxunqa seninq duşmanlarım üçün menim, tüz et alnıma menim yolunq nu seninq. Yoxtur ağızlarına alarnınq könülük, da yürəkləri alarnınq boşanıptır. Necik kerezman, açıxtır ovurtları alarnınq, tilləri bilə kendilərininq hilləli boldular. Yarğula alarnı, Tenqri ki, tüşkəylər sağışlarından yürəklərininq alarnınq; köplüxünə körə xırrsızlarınınq alarnınq keri et alarnı ki, açıttılar seni. Fərah bolğaylar barçası, xaysıları ki umsanıptırlar sanqa, menqilik sövüngəylər, da turğaysen sen alarda. Övüngəylər sendə sövüklülərinq atınqa seninq, zera alğışlasarsen toğrunu, Biy, necik yarağlı biyənçlikinq bilə seninq tacladınq bizni.

 

Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, düşmənlərimə görə qarşımdakı yolu düzəlt. Onların dillərində düz söz yoxdur, ürəkləri pis niyyətlə doludur. Boğazları açıq qəbirdir, dilləri yalan danışır.Ey Allah, onları təqsirkar çıxar, Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın. Onları saysız günahlarına görə qov, çünki Sənin əleyhinə qalxıblar. Sənə pənah gətirənlərsə qoy sevinsinlər, qoy Səni daima mədh etsinlər, çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsinlər!  Ya Rəbb, salehə xeyir-dua verirsən, lütfünlə sipər kimi onları hifz edirsən.

  

Bəxtiyar Tuncay

“KarabakhİNFO.com”

24.07.2013 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*