Azərbaycanca

Alban türkcəsində yazıb yaratmış mütəfəkkirlər

03.06.2013 | 14:14

1359800340_bextiyar-tuncay(XII-XIII əsrlər) 

II bölüm

 

Alban (qarqar – qıpçaq) dilində əsəri dövrümüzədək yetişən daha bir alban müəllifi “vardapet Yovhannes” adı ilə tanınan, məşhur ilahiyyatçı, bəstəkar və astronom Gəncəli Yəhyadır. 500 illik alban astronomik təqviminin tərtibçisi və çox sayda kilsə nəğməsinin müəllifi olan bu şəxsin Mxitar Qoşun şagirdlərindən olduğu və Getik monastırına rəhbərlik etdiyi məlumdur. Haqqında Kirakos Gəncəli “Tarix” kitabının XIII fəslində məlumat verməkdədir:

“…Vardapet Mxitar işxanın öz əyalətinə geri döndüyünü eşidər – eşitməz, aralarında olan xoş münasibət və məhəbbəti yada salıb, onun yanına gəldi və Axstev çayının sağ sahilində yerləşən Getik monastırında məskunlaşdı. Monastırın başçısı onun şagirdi, Sarğavaq adlandırılan vardapet idi. O onu (Mxitarı) sevinclə qarşıladı və şəxsən qulluğunda durdu…”

Sarğavaq ləqəbi ilə tanınan bu alban din aliminin əsərindən təqdim edilən bu kiçik parça Krakov (2412) əlyazmasından götürülmüşdür:

Xoltxası Jovhannes Sarğavaq vartabedninq aytkanı

 

Canım menim, zabun bolğan da yəsir etilgən şaytandan, nek yxlamassen tas bolganınqnı seninq? Xaysı umsa bilə tirəklənip bolupsen boş yaxşı əməldən? Ne etsərsen kləgəndə borclarınqnınq hesepin?

Oşta alnınqa turuptur tas bolmaxınq, xaysı ki, artпx xutulmassen anınq üçün ki, öcəştirdinq yaratucınqnı çax sonquğadeg da kləmədinq tanma yaxşı etücinqni seninq, yoxsa xarşı turdunq da arxa döndürdünq anqar xarşı, xaysı ki, sövür edi seni da klər edi seninq xutxarılmaxınqnı. Na hali kim sazgərlətkəy üçışməxin anınq ya kim yalbarğay anınq haybatlı sürətin ki, barışkay birgənqə, zavallı da çarəsiz, necik keltirmədinq fikirinqə ululuxun haybatınınq anınq.

Ne üçün hörmətləmədinq xutxarılmaxnı berüci buyruxun anınq? Ne səbəptən bulay klədinq tas bolmaxınqn seninq? Kim biy anqdırdı seni ki, baş tartkaysen Biyinqdən seninq? Kim soymacladı haybatınqnı seninq yaxot kim miskinlətti seni ulu xocalıxlarınqdan? Kimgə biyənip çıxtınq atalıx xuçaxından da müşxülləttinq şahavatın anınq, xaysı ki sövər edi seni da klər edi ki, hər vaxt xatına bolgıy edinq anınq! Da sen heçkə berip anı, bardınq duşmanlarınqnınq artından. Oğul hörmətin tas ettinq da barabar boldunq duşmanlarına anпnq…

 

Tarixi mənbələrdən məlum olduğu kimi, Albaniyada Nerses adını daşıyan iki katalikos olmuşdur. Əsil adı Bakur olan birinci şəxs barədə “Alban” tarixinin üçüncü kitabının ən başında söz açılmaqdadır. Onun müqəddəs Yelizarın (682 – 688–ci illər arası) ölümündən sonra katalikos vəzifəsinə yüksəldiyi məlumdur. Bu, Cavanşirin qardaşı oğlu Varaz Trdatın hakimiyyəti dövründə baş vermişdi.

Musa Kağankatlının yazdığına görə, bu işdə ona, Xalkedon təriqətini yayacağına söz verməsi müqabilində, Varaz Trdatın arvadı Sparma yardımçı olmuşdu. 17 ildən bir qədər artıq vaxt ərzində katalikos olan və ermənilərin fitnələri sonucunda ərəblər tərəfindən vəzifəsindən uzaqlaşdırılaraq təhqir edilən Bakur Nerses VII əsrin sonları, VIII əsrin əvvəllərində yaşamışdır.

XIII əsrdə yaşamış Nerses adlı digər alban katalikosu barədə Gəncəli Kirakos özünün “Tarix” kitabının “Hökmlü Alban katalikoslu Nersesin saraya dəvət edilməsi barədə” başlıqlı 39–cu fəslində məlumat verməkdədir:

“Haqqında yuxarıda söz açdığımız suriyalı Raban Albaniya katalikosu barədə eşidir və tatarların Ərməniyyə və Albaniyanın qışlaqlarında istirahət etməsindən istifadə edərək, Çarmağunun xəstəliyindən sonra ölkəni idarə edən arvadı Eltinə Xatuna deyir ki, bu yerlərin xristianlarının başçısı haradasa yaxınlarda gizlənir və bizimlə görüşə gəlmək istəmir. Onun yanına adam göndərirlər: “Bunu necə başa düşək? Yalnız sən hələ də hüzurumuza gəlməmisən. Təcili gəl! Bunu könüllü etməsən, səni biabırçılıqla buna məcbur edərik”…” 

Həmin Nersesin ana dilində dövrümüzədək bir əsəri gəlib çatmışdır ki, bu da XIII əsr türkdilli alban (qarqar – qıpçaq) ədəbiyyatının əldə olan şedevr nümunlərindədəndir. Sevimli oxucularımıza həmin əsərdən tərcüməsiz təqdim etdiyimiz parça Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412  №-li əlyazmadan dərlənmişdir. Eyni mətnə 1126 № – li Venesiya əlyazmasında “Alğış Tenqrigə, Nersess gatoğiqosnunq aytkanı, xaysı ki tiyişlidir barça krisdanlarğa övrənməgə” başlığı altında verilmişdir. Nersesin adı çəkilməsə də, eyni mətn “Alğış surp Erortutiunğa” başlığı altında 1618–ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir. Eyni mətnin ilk 8 bəndi müəyyən fərqlə Venesiyada, Müqəddəs Lazar adasında yerləşən Erməni Mxitaristləri İttifaqında qorunan 11 №-li əlyazmasında da var. Burada mətnin əvvəlinə sonradan əlavələr edilmişdir:

“Alğış Tenqrigə”

Nerses qatoğiqosnunq aytkanı 

 

[1.] Inam bilə tapunurmen da yerni öpərmen sanqa, Ata Oğul da Ari Can, etilməgən da ölümsüz tarbiyat, etüci friştələrni, da adəmilərni, da barça bolğanlarnı, da yarlığa seninq yaratkanlarınqa da manqa, köpyazıxlıga.

[2.] Inam bilə tapunurmen da yerni öpərmen sanqa, ayırılmağan yarıx, birləngən ari Errortutiun, da bir Tenqrilik, etüci yarıxnı da sürüci xaranğuluğnu, sürgin canпmdan menim xaranğulu yazıxnı da biliksizlikni, da yarıxlat esimni menim, bu sahatta alğış etmə sanqa biyəncli, da yöpsüngəysen xoltxamnı menim, da yar.

[3.] Ata köktəgi, Tenqri könü ki, yeberdinq Oğlunqnu seninq sövüklü xoltxasına bularğan xoylarnınq, meğa kökkə da alnınqa seninq, yöpsün meni, necik kerəksiz oğulnu, da kiydir manqa kiyinişni əvəlgi ki yalanaclandım yazıx bilə, da yar…

 

Əsərləri dövrümüzədək alban (qarqar – qıpçaq) dilində gəlib çatmış alban din adamlarından biri də əslən Ərzurumdan olan, XIII əsrdə yaşadığı bilinən keşiş Yohannes Karneçidir. Haqqında Gəncəli Kirakosun “Tarix” əsərinin 54–cü fəslində məlumat verilən bu keşişin tərtib etdiyi dualara bir çox əlyazmalarda rast gəlinsə də, bəzi hallarda onun adı qeyd edilmir. Sözügedən əsərlərin məhz onun qələminin məhsulu olduğunu Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən (?) bir dua kitabındakı qeydlər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. (Bu əlyazmanı ələ gətirmək mümkün olmadığı üçün əslində əlyazmanın hansı dildə olduğu dəqiq məlum deyil).

Həmin əlyazmada haqqında söz açdığımız duaların məhz ona aid olduğu göstərilir. Sevimli oxucularımıza liçik parçalarını tərcüməsiz təqdim etdiyimiz həmin əsərlər Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 №-li və Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 və 525 №-li əlyazmalarından dərlənmişdir.

Krakov əlyazmasında Yohanesin adı sadəcə bir dəfə çəkilir. Sonrakı duaların isə ona aidliyi sual altında qalır. Fəqət “Dorn 636” şifrəli əlyazma, eləcə də Vyana əlyazmaları bütün şübhələrə son qoyur:

Johannes Karneçinininq aytkanı. 

“Xoltxa Biy Tenqridən”

 

Biy, Biy da Ata, Ata tirlikimninq, yügünürmen alnınqa da xolarmen seni, bax miskinlikimni seninq xulunqnunq, da aya yazıx bilə bularğan boyumnu, onqalt men yaralını, da turğuz men yıxılğannı.

Xoy hakimlik yaralı canıma da çürgə türlütürlü boyumnunq yaraların. Yoğarı turğuz meni, xaysı ki tas bolupmen sansız dinsizlikim bilə, da yamanlıxım biyikləndi başımdan yoğarı. Çeşövsüz bağlar içinə çürgəldi boyum, yanqılğanım zapt etti meni, da hesepi yoxtur harsuzluxumnunq menim. Sanqa meğa, tirlik, haysı ki menqiliksen.

Yoxtur erkim ündəməgə seninq xorxulu atınqnı. Yüzümnünq uyatı yapılıptır da yapıptır menim tegənəklərim yazıxımnınq. Yoxesə, Biyim, Biy, kimgə umsanıyım ya kimni işanıyım kensimə tirlikkə?

Evet köp kez yürəkləndirdim biyikləngənimni, yənəci də seni xolarmen: Kirmə törəsinə seninq xulunqnunq, Biyim, da aruv etmə xılınganıma körə tenimninq. Yürəklənməxninq bilə da xorxutkanınq bilə xorxutma meni, Biyim...

 

Johannes Karneçinininq aytkanı.

“Alğış Biy Krisdoska tum zamanпnda”

(Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 №-li əlyazmasında

bu adla verilib. Bu, daha doğrudur. Eyni mətn eyni başlıq

altında Fransa Milli Kitabxanasında “Arm 5” şifrəsi altında qorunana

əlyazmada da var.)

Xozusu Tenqrininq, Biyim da Tenqrim Jisus Krisdos ki, soyuldunq xaç üstünə da kötürdünq yazıxnı bütün dünyadan. Yazıxlı xulunq da ağır yüklü yazıx bilə, yügünüp xolarmen sendən, Biyim da Tenqrim, yarlığa manqa, necik ki yarlığadınq bütün dünyağa, yol da toğru tirlik Tenqrim.

Ölümlü yazıx bilə da dinsizlikim bilə közünqdən salma meni, yoxesə yarlığa manqa, barça türlü yaxşı Tenqrilik yergənq bilə, ne ki də xılındınq bu dünyada köp türlü tözümlükünq bilə.

Anq köp türlü tirgizməxinq bilə, Biy, tüşkəninqni Atanınq xoynundan da ten alğanınqnı ari ğoys Mariamdan.

Anq, barçadan alğışlı Biy, yürügəninqni bu dünyada necik adam yazıxlı adam oğlanlarınınq arasına.

Anq, barçasından ari, seninq ari mğrdutiununqnu Jortananda surp Jovhannestan.

Anq, barçanı bilüçi Biy, türlü türlü yaman sözlərni, xaysı ki kötürdünq üstünqə cuhut bitikçilərindən da sınamaxların cuhutlarnınq ululuxlarınınq….

 

Johanes Karneçinınq aytkanı.

“Xoltxa surp Asduacacingə xarşı”

 

Bu xoltxanп tiyişlidir tum zamanına Biy Tenqrigə sunmağa, xaysı ki tum oxşaştır Krisdosnunq çarçarankına, xaçlanğanına, tağumuna, jarutiununa, hamparcumuna, ekinci kelgəninə törə etməgə, zera barça Tenqrilik yergəsi tum bilə belgili bolıyır.

Asduacacin, anası Krisdosnunq, da toğurğan Ata Tenqrininq yalğız Oğlun, da xarğışnı kötürgən adam oğlanlarınınq üstündən. Köktəgi xuvatlılardan sanlı, da topraxtan hasil keləənlərdən sanlı, da alğışlı, xaysı ki pare xossen adam oğlanları üçün Tenqrigə, barışturucı Tenqrini bütün dünya bilə, tac da veneci gusanqlarnınq, da açıx parexos bolğan yazıxlılar üçün.

Barçasından yazıxlı, yügünürmen alnınqa, necik ki sendən ten alğannınq, parexos bol menim üçün Oğul Tenqrigə, xaysı ki toğurdunq kendin, da yedirdinq barça yedirücini, xaysп ki bu dünyada tiri bar.

Xol menim üçün seninq aşaş da xonarh bolğan Oğlunqnu.

Tur ayaxınq üsnə, ari ana, da bol xoltxada men yazıxlı üçün.

Tur ari boyunq bilə, da körgüz parexosluxunqnu seninq madğaş

Oğlunqa, xaysı ki zamanına boluptır.

Sütünq bilə hasil keltirgən necik yaş oğlannı.

Enqinq üsnə yürütkəninq bilə.

Xuçaxınqa xuçkanınq bilə.

Ari erinlərinq öpkəninq bilə.

Anınq madğaş boyun çürgəgəninq bilə.

Barıp kelgəninq bilə Mısırğa, da Nazaretkə, Hər yergə seninq yalğпz Oğlunq bilə….

 

Yuxarıda təqdim etdiyimiz nümunələr XII-XIII əsr albandilli (qıpçaqdilli) xristian məzmunlu Azərbaycan ədəbiyyatı nümunələridir. Əldə olan hələlik n qədim nümunə isə IX əsrə aiddir.

Tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk hökmdarlar sülaləsi hesab edilən Aranşahlar nəslinə mənsub Qrirori Hamama adlı xristian bir bəy ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda (Şəki ətrafındakı geniş ərazilər) özünü Arran, yəni Albaniya xanı elan etmiş və dərhal da öz xanlığında xristian albanlar üçün məktəblər açdırmış və özü də həmin məktəblərdə uşaqlara tədris edilmək üçün alban dilinin qrammatikasına aid bir kitab da yazmışdır.

Trakiyalı Dionisinin “Qrammatika”sına bənzədilməklə, Aristotel və Platon ruhunda, daha dəqiq desək, qrammatika, ilahiyyat, fəlsəfə və təbiətşünaslıq biliklərini özündə əks etdirən lakonik sual-cavab formasında qələmə alınmış bu əsərin  sonralar erməni “dilçi”ləri üçün həsəd və ilham mənbəyinə çevrildiyi, nəhayət, XVll əsrdə həmin əsərin əsasında, erməni dilinə tərcümə edilməklə, hay dilinin ilk qrammatika kitabının yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər.

Maraqlıdır ki, bir ermənidilli əlyazmada həmin əsərə, daha doğrusu, onun bir fraqmentinə həm erməni dilinə tərcümədə, həm də alban orijinalının dilində rast gəlinməkdədir. Yəni Qriqori Hamamanın qələminə məxsus kitabın bir fraqmenti hansısa möcüzə şəklində dövrümüzədək ulaşa bilmişdir. Söhbət hazırda Matedaranda saxlanılan 3522 № – li əlyazmadan və orada əksini tapmış kiçik bir albandilli mətndən gedir.

Həmin əsərdən bəzi maraqlı fraqmentləri tərcüməsi ilə birlikdə təqdim edirik:

-Almaxlıx kim kimdən?

-Oğul toğmax bilə ilgəri kelir Atadan da Can axınma bilə kenə ol Atadan

-Varislik kimdən kimə?

-Oğul doğuşu ilə Atadan, Ruh isə süzülmək yolu ilə yenə Atadan.

      -Nedir alğan nemə?

-Algan nemədir ki, belgili etər xarşıdağı tuydurğannı kendininq, xaysı ki bardır, neçik Ata aytmax bilə körgüziyir ki, oğlu bar da Oğul aytmax bilə belgili etər ki, atasi.

-Nədir qarşılıqlı əlaqə?

-Qarşılıqlı əlaqə odur ki, qarşı tərəf barədə şəhadət verilir. Necə ki, Ata sözlə təsdiq edir ki, oğlu var və necə ki, Oğul sözlə təsdiq edir ki, atası var.

-Da xaysılardırlar peşələngən teprənməgən barlıxlar?

-Temir-baxırlar, xorğaşınlar, kümüşlər da altunlar da kimlər ağaçlardan da özgə materialardan da özgə bularğa oxşaşlar köplər.

-Bəs, süni surətdə düzəldilmiş tərpənməz varlqlar hansılardır?

-Dəmir, mis, qurğuşun, gümüş və altunlar, eləcə də bəzi ağac növləri və başqa materiallardan düzəldilmişlr və onlar kimilər.

Xaysıdırlar 10 könülüxləri Arisdodelninq?

-Ilgərisi barlıxtır… 

-Aristotelin (Ərəstunun) 10 postulatı hansılardır?

-İlki varlıqdır…

Nedir turğanı Bladonunq?

-Platona (Əflatuna) görə mövcudiyyət nədir?

… (?) bolunur barlıxqa da yoluxqanğa da barlıx bolunur bütüngə da … (?), ol türlü da yoluxmaxlıx bolunur bütüngə da … (?).

Mövcudiyyət maddiyə və qeyri-maddiyə (?) bölünür. Maddilər bölünürlər tam və natamam varlqlara. Qeyri-maddilər də həmçinin tamlara və yarımçıqlara ayrılırlar.

Xaysılardırlar beş  cınsları Bıladonınq?

-İlk rəng da biçişdir, xaysı ki köz bilı korüniyir. Ekinçi avazdır, xaysı ki xulax bilə  işitilir. Üçünnçi səsidir, xaysı ki, … burun bilə xoxulanır. Dörtünçi tahimdir,  xaysı ki yemaxlix bilə, … ağız bilə xoşlanır, … tahimlənir. Beşinçi ağır da yenqil, isi da sovux, xaysı ki xarmalamax bilə anqlanır. Bu beş seziklik bilədirlər barça sezilgənli etilgənlərninq  tanımaxlıxları(tanamaxlxları).

-Platonun beş cinsi hansılardır?

-Birincisi göz ilə görünən rəng və formadr. İkinci səsdir ki, qulaqla eşidilir. Üçüncüsü iydir ki, … burunla duyulur. Dördüncüsü yemək zamanı … ağızla hiss edilən daddır. Beşincisi ağır-yüngül, isti-soyuqdur ki, lamisə üzvü ilə sezilir. Bu beş hisslə qavranıla bilən hər şey qavranılır.

Bəxtiyar TUNCAY

“KarabakhİNFO.com”

03.06.2013 14:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*