Azərbaycanca

Aleksandr Krupa: “Bəli, Qarabağ Azərbaycanın torpağıdır”

14.11.2013 | 16:29

1384432043_mg_7097“Ədalətli Seçki” Seçki Texnologiyalarının İnkişafında Beynəlxalq Sosial Yardım Təşkilatının prezidenti, tanınmış ukraynalı siyasi ekspert Aleksandr Krupanın “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına eksklüziv müsahibəsi

-Ölkəmizə səfər etməzdən öncə Azərbaycan haqqında hansı bilgilərə malik idiniz?

 

-Bu mənim Azərbaycana ikinci səfərimdir. Bir neçə ay öncə də səfərim olmuşdur. Azərbaycan haqqında çox eşitmişəm. Çünki biz, əvvəl eyni birlikdə yaşamışıq. Sovet Sosialist Respublikları birliyinə daxil idik. O zaman bu birliyin üzvü olaraq Azərbaycan haqqında tez-tez xəbərlər eşidirdik. Bakı olduqca gözəl bir şəhərdir. Düzdür, mənim əvvəllər burada olma imkanım olmayıb. Amma onu deyə bilərəm ki, bu gün ölkəniz sürətlə inkişaf edir. Bir neçə ay öncə ölkənizə səfərim zamanı Bakını gəzdim.

 

-Azərbaycanda olmusunuz. Qarabağ torpaqlarının işğalı ilə bağlı nə qədər məlumatlısınız?

 

-Mən bu məsələ ilə bağlı məlumatlıyam. Bu gün azərbaycanlı qaçqınlar var. Bu həm Azərbaycan, həm beynəlxalq aləm üçün çox çətin bir məsələyə çevrilib. Mən bu məsələni çox araşdırmamışam. Bilirəm ki, müharibə olub. Müharibənin nəticəsində Qarabağ torpaqları işğal olunub. Bəli, Qarabağ Azərbaycanın torpağıdır. Müharibə nəticəsində bu torpaqlar digər ölkənin əlinə keçib. Səhv etmirəmsə 5 rayon müharibənin nəticəsində işğal altına düşüb.

 

-Xeyr, 11 rayon işğal olunub.

 

-Bəli, məlumatım var ki, hətta Ermənistanın özü belə, Qarabağın özünü olmasa da, ətraf rayonları qaytarmağa razıdır. Amma Qarabağın özünü yox. Ona görə də məsələ hələ dolaşıq olaraq qalıb. Ümid edirəm ki, tezliklə bu məsələ öz müsbət həllini tapacaqdır.

 

Aleksandr Krupa: “Bəli, Qarabağ Azərbaycanın torpağıdır”-Ukrayna-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz? Gələcəkdə hansı addımların atılması zəruridir?

 

-Biz istəyirik ki, Azərbaycanla əlaqələrimiz genişlənsin. Həm siyasi sferada, həm iqtisadi sferada iki ölkə arasındakı münasibətlərin genişlənməsinə tərəfdarıq. Ukraynalılar Azərbaycanı tanıyır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Azərbaycanlıların Ukraynada, ukraynalıların Azərbaycanda çoxlu dostları var. Əlaqələr çox yüksək səviyyədədir. Gələcəkdə bu əlaqələrin daha genişlənəcəyinə ümidimiz vardır.

 

-“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq müsahibimiz olduğunuz üçün sizə təşəkkürümüzü bildiririk.

 

-Mən də sizə və sizin jurnala öz fəaliyyətində uğurlar arzu edirəm.

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

 

 

14.11.2013 16:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*