Azərbaycanca

Aleksandr Lukaşeviç: “Rusiya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisədən ciddi narahatlıq keçirir”

13.11.2014 | 17:43

lukasevic“Rusiya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində dünən baş verən hadisədən ciddi narahatlıq keçirir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

 

 

Onun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi ATƏT-in Minsk Qrupunun 12 noyabr tarixli bəyanatında öz əksini tapıb: “Biz tərəfləri mövcud vəziyyətin gərginləşdirməyə yönələn addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliyini Soçi, Nyu-Port və Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşlərdə verilən bəyanatlara əməl etməyə çağırırıq. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair tərəflərin öz üzərinə götürdükləri məsuliyyəti xatırlatmaq istəyirik”.

 

“KarabakhİNFO.com”

 

 

13.11.2014 17:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*