Azərbaycanca

Alla Dzevaltovskayanın atlar dünyası – FOTOSESSİYA

01.12.2014 | 13:37

IMG_892226-30 noyabr 2014-cü il tarixində “Natavan” qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın “Qarabağ atları” adlı sərgisi keçirilib. Arts Council Azerbaijan və Arts Council Latvia ilə beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə olaraq sərgi təşkil edilib. Arts Council Azerbaijanın beynəlxalq fəaliyyətdə əsas məqsədi Azərbaycanın milli və mədəni dəyərlərinin ölkədən kənarda tanınmasına yönəltməkdir.

 

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Latiya Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub. Azərbaycanda istedadlı rəssam-animalistin sərgisi ilk dəfə keçirilir və bizim milli fəxrimiz, Qarabağ atlarına həsr olunub. Atlar mövzusu Alla Dzevaltovskayanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Atları naturadan çəkmək çox çətindir, çünki onlar çox qıvraq və cəlddir.

 

 

“KarabakhİNFO.com”beynəlxalq elektron jurnalının əməkdaşları rəssamın sərgisində iştirak edib və KarabakhİNFO.TV üçün reportaj hazırlayıb. Xanım rəssam Azərbaycanda atçılıq üzrə mütəxəssislərlə görüşərək ölkəmizdə bu sahənin yaranma tarixi barədə məlumat alıb.

 

 

A.Dzevalovskayanın rəsmlərində Qarabağ atları azad məxluqdur, onlar insanlar kimi hiss edə, həyacanlana bilirlər. Onların gözlərində gah kədər, gah qəm, hərdənsə sevinc göz yaşları olur. Gözəllik, harmoniya, hərəkət – hamısı idealdır. Rəssamın işlərində əsas xətt dinamika və hərəkətdir. Atlar çapır, nal səslənir və rəsm canlanır, sanki onlar kətan üzərində üzərək baxışları heyran edərək permament hərəkət effekti yaradır.

 

 

“Natavan” qalereyasının əməkdaşlarına göstərdikləri köməyə görə təşəkkür edirik.

 

IMG_8871 IMG_8873 IMG_8875 IMG_8877 IMG_8888 IMG_8895 IMG_8898 IMG_8902 IMG_8908 IMG_8915 IMG_8921 IMG_8923 IMG_8925 IMG_8926 IMG_8938 IMG_8950

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

01.12.2014 13:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*