Azərbaycanca

Almaniya Bundestaqına Qarabağ problemi ilə bağlı müraciət olunub

12.06.2014 | 10:50

1402579321_bundestaqAzərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciət edib. Şuranın mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirilib ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall Almaniyanın Bundestaqına Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar müraciət göndərib. Almaniyanın Bundestaqına ünvanlanan müraciətdə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınmasına, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə isə ərazi bütünlüyü əsasında həll olunması bildirilib. Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall müraciətlə bağlı bildirib: “Əlbəttə, biz istəyirik ki, qarşılıqlı səylər sayəsində mümkün qədər tez razılıq əldə edilsin və bu vəziyyətə son qoyulsun. Bu vəziyyətin daha nə qədər davam edəcəyi, Almaniyada yaşayan azərbaycanlıları və bütün Azərbaycan xalqını narahat edən bir məsələdir. Düzdür, qeyd etmək lazımdır ki, ikitərəfli danışıqlar prosesində müəyyən irəliləyiş vardır, lakin Ermənistan hər zaman bu irəliləyiş prosesini uzadır. Mərkəzi Şura tərəfindən göndərilən müraciətin mənası ondan ibarətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində Almaniya daha fəal iştirak etsin”.

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

12.06.2014 10:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*