Azərbaycanca

Almaniya XİN: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”

19.12.2014 | 16:50

germany_mid_191214Almaniya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bir daha təsdiq edib.

 

Trend-in Almaniya XİN-in saytına istinadən verdiyi məlumata görə, AFR XİN-in dövlət katibi Ştefan Ştaynlayn Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə Almaniya XİN-də görüş keçirib.

 

 

Görüşdə Ermənistan və Azərbaycan arasında artıq 20 ildən çoxdur davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və problemin həlli prosesində Aİ-nin daha fəal iştirakı məsələləri müzakirə edilib.

 

 

Məlumatda qeyd olunur ki, ATƏT-in Minsk qrupu (həmsədrlər: Fransa, Rusiya və ABŞ. Almaniya sıravi üzvdür) 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal olunmuş, beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişənin siyasi yolla həlli prosesinə rəhbərlik edir. Həmsədrlər bununla bağlı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Eyni zamanda, 2014-cü ildə atəşkəs xəttində ölüm hallarının aşkar şəkildə artması, habelə 12 noyabr tarixində erməni hərbi helikopterinin Azərbaycan tərəfindən vurulması qeydə alınıb.

 

“KarabakhİNFO.com”

 

 

19.12.2014 16:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*