Azərbaycanca

Almaniyanın “Diplomatisches Magazin” jurnalında Xocalı faciəsi haqqında məqalə dərc edilib

06.04.2015 | 19:50

14280756024570858066_750x500

Almaniyanın “Diplomatisches Magazin” jurnalının 4-cü nömrəsində “Xocalı faciəsi ilə əlaqədar üçüncü simpozium” adlı məqalə dərc edilib. Məqalədə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Alman Parlament Cəmiyyətində “Cənubi-Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda keçirilmiş üçüncü simpozium barədə məlumat verilir.

Məqalədə Xocalı hadisələrinin təfsilatı təsvir olunur və Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyon azərbaycanlının öz evindən didərgin düşməsi qeyd edilir. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistandan öz qoşunlarını Dağlıq Qarabağdan və işğal olunmuş ətraf ərazilərdən qeyd-şərtsiz çıxarmaq tələb olunsa da, Ermənistan hökuməti bu məsələdə heç bir addım atmır.

Simpoziumda iştirak etmiş Almaniya Bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrens deyib ki, əgər Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, Dağlıq-Qarabağ münaqişəsi dərhal həllini tapar.

Məqalədə simpoziumda çıxış etmiş Milli Məclisin deputatı Siyavuş Novruzova istinadla bildirir ki, beynəlxalq ictimaiyyət bu gün Rusiyaya göstərdiyi təzyiqi vaxtilə Ermənistana göstərmiş olsaydı, Dağlıq-Qarabağ münaqişəsi çoxdan həllini tapmış olardı.

Bundan əlavə, simpoziumda Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektləri, eləcə də “Cənub” qaz dəhlizi vasitəsilə Avropanın enerji təminatında Azərbaycanın rolu müzakirə olunub.

Almaniya Bundestaqının vitse-prezidenti Yohannes Zinghammer Azərbaycanı etnik və dini tolerantlığın nümunəvi məkanı adlandırıb. Zinghammer vurğulayıb ki, Azəbaycanı Qərbin etibarlı tərəfdaşı kimi görür. O, Almaniya hökumətinin “Cənub” qaz dəhlizi layihəsini dəstəklədiyini vurğulayıb.

Bildirilir ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov isə tədbirdə Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi əhəmiyyətindən danışıb.

http://azertag.az/xeber/843374

06.04.2015 19:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*