Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer oktyabrın 23-də Ermənistana səfər edəcək.
Bu barədə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı erməni mətbuatına istinadən xəbər verir. Qeyd edək ki, səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə gerçəkləşəcək.
Səfər çərçivəsində almaniyalı diplomat Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşəcək. F. Ştaynmayerin “erməni soyqırımı” abidəsini də ziyarət edəcəyi gözlənilir.
“KarabakhİNFO.com”