Azərbaycanca

Altı dildə “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” kitabı dərc edildi

24.02.2015 | 14:41

скачанные файлы

Altı dildə “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” kitabı dərc edildi

 

 

 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sayca 8-ci kitabı “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” nəşr edilib. Azərbaycan, İngilis, Rus, Alman, Fransız və Ərəb dillərində nəşr edilən kitabın ideya müəllifi Azad Əhəd, elmi məsləhətçisi f.e.d. Rəna Mirzazadə, rəyçiləri Anar Nağıyev və Zaur Qəriboğludur.

 
Məlumdur ki,keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir.

 

Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Məhz adı çəkilən kitab bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələləri özündə əks etdirir.

 

Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilmişdir.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

24.02.2015 14:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*