Azərbaycanca

AMEA və UNESCO Azərbaycan adidələrinin ermənilər tərəfindən dağıdılmasının dünyaya çatdırılması ilə bağlı layihə həyata keçirir

18.02.2015 | 17:15

Shusha_080508

AMEA və UNESCO birgə  layihə həyata keçirir 

 

 

 

 

 

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində maddi-mədəni abidələrin məhv edilməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutu və UNESCO üzrə Azərbaycan Milli komissiyası birgə layihə həyata keçirir.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.

 

 

Onun sözlərinə görə, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində dini abidələrin dağıdılıb. Bunlar həm müsəlman, həm də alban-xristian abidələridir: “Terrorizm heç nəyi qorumur, heç bir inkişafa imkan vermir, heç bir tarixə hörmət qoymur. Biz bu problemi dəfələrlə qaldırmışıq. UNESCO üzrə Azərbaycan Milli komissiyası ilə birgə biz bir ildən çoxdur ki, bu layihə üzərində işləyirik. Bununla bağlı nəşr hazırlanıb. O, bir neçə Avropa dilinə tərcümə olunacaq. Ümid edirəm ki, bu, öz müsbət nəticəsini verəcək”.

 

 

A.Mustafayeva həmçinin qeyd edib ki, Avropada bir çox ölkələrdə antisemitizmin və “erməni soyqırımı”nı təkzib edənlərin cəzalandırıldığı halda müsəlmanların və onların müqəddəslərinin təhqir olunmasının söz azadlığı kimi qələmə verilməsi ikili standartlardır.

 

 

Onun fikrincə, artıq müsəlmanlar belə hadisələrə alışıb: “Lakin biz hər zaman buna cavabımızı vermişik, bundan sonra da tutarlı cavablar verəcəyik. Prezident İlham Əliyevin söylədiyi kimi, biz doğru siyasətimizi yerinə yetirərək, dünyaya öz həqiqətimizi, mədəniyyətimizi göstərməliyik”.

 

 

A.Mustafayeva qeyd edib ki, Azərbaycan nümunəvi cəmiyyət olaraq tarix boyunca bütün dünyaya öz tolerantlığını göstərib və Avropa ondan ibrət dərsi götürməlidir: “Bu gün Avropada cərəyan edən hadisələr, vandalizm, antiİislam, antimüsəlman hərəkatları isə göstərir ki, Azərbaycan onlar üçün böyük nümunə ola bilər. Onlar Azərbaycanın təcrübəsindən ibrət dərsi götürməlidirlər. İnsan hüquqları üzrə Avropa Konvensiyası məhz orada qəbul olunub”.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

18.02.2015 17:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*