Azərbaycanca

Amerika Qarabağ ermənilərinə 1,5 milyon dollar yardım ayıracaq

11.02.2016 | 16:54

obama-signing

ABŞ prezidenti Barak Obama 2017-ci maliyyə ilində Azərbaycan və Ermənistana yardım paketinin ayrılması üçün Konqresə müraciət edib.

Modern.az saytı “arm.info” agentliyinə istinadən xəbər verir ki, Obama Konqresə 2017-ci ildə Ermənistana 22,412 milyon dollar, Azərbaycana isə 10,936 milyon dollar yardımın ayrılmasını təsdiqləməyi istəyib.

ABŞ 2017-ci ildə hərbi sahədə Ermənistan və Azərbaycan arasında partiteti saxlayacaq və onların hər birinə 600 min dollar hərbi yardım göstərəcək.

Ermənistan narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsinmdə əlavə 1,7 milyon dollar yardım alacaq.

Federal büdcədə Dağlıq Qarabağa yardım ayrılması barədə maddə göstərilmədiyi üçün həmin yardım Amerika İnkişaf Agentliyinin (USAİD) xətti ilə sosial proqramların icrası çərçivəsində veriləcək. Söhbət Qarabağa ayrılması nəzərdə tutulan 1,5 milyon dollar yardımdan gedir…

modern.az

11.02.2016 16:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*