Azərbaycanca

Amerikalı həmsədr: “Dağlıq Qarabağ münaqişəsi artıq “dondurulmuş” münaqişə deyil”

09.08.2014 | 12:37

uorlik4“Təəssüf ki, regionda baş verən silahlı toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin artıq “dondurulmuş” münaqişə olmadığını göstərir. Siz həlak olan və ya yaralanan əsgərin ailəsinə izah edə bilməzsiniz ki, bu münaqişə dondurulub”. APA-nın xəbərinə görə, bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

 

Diplomat yaranmış vəziyyətdən çox narahat olduqlarını və situasiyanın yumşaldılması üçün dərhal zəruri addımlar atılmasının zəruriliyini vurğulayıb: “İlk addım prezidentlərin Soçidəki görüşüdür və mən ümid edirəm ki, bu görüş silahlı toqquşmaların qarşısını almağa imkan verəcək”.

 

 

Tərəflərin sülh danışıqlarına hazır olub-olmaması barədə suala C. Uorlik belə cavab verib: “Sizi əmin edə bilərəm ki, hər iki prezidentlə söhbətdən sonra tərəflərin məsələnin sülh yolu ilə həlli yolunu tapmaq istədikləri qənaətinə gəlmişəm. Biz sülh danışıqlarının uğurlu gedişinə hər cür dəstək verməliyik və prezidentlərin buna hazır olması da vacibdir. Bizim prosesin inkişafı ilə bağlı gözləntilərimiz böyükdür, lakin eyni zamanda mövcud durumdan narahatıq. Əlbəttə ki, tərəflərin heç biri digərinin qarşısında zəif görünmək istəmir, lakin biz bir şeyə əminik – müharibə yox, sülh danışıqları lazımdır”.

 

 

Rusiya Federasiyasının Azərbaycana silah satması ilə bağlı suala cavab verən amerikalı həmsədr qeyd edib ki, Rusiyanın istənilən ölkə ilə ticarət əlaqələri qurmaq hüququ var: “Bu, Rusiyanın sülh danışıqlarındakı effektiv işinə qətiyyən mane olmur. Sülh razılaşması barədə qərarı Ermənistan və Azərbaycan verməlidir”.

 

 

C. Uorlik bildirib ki, dünyadakı vəziyyət ABŞ-ı narahat edir, lakin bu, Qarabağ məsələsinin həllinin prioritetlər sırasından çıxması mənasına gəlmir: “Bizim məqsədimiz Avropanı bütöv, dinc və azad görməkdir. Qarabağ problemi Avropa üçün problemdir və ABŞ bütün tərəfləri qane edəcək həll variantına tərəfdardır”.

 

“KarabakhİNFO.com”

09.08.2014 12:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*