Azərbaycanca

Amerikalı həmsədr məcburi köçkünlərlə görüşəcək

12.06.2015 | 10:00

james_warlick_210714

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair müzakirələr aparacaq və münaqişə zonasından olan məcburi köçkünlərə də baş çəkəcək.

Trend-in məlumatına görə, bu barədə Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

Diplomat həmçinin I Avropa Oyunlarının bu gün keçiriləcək açılış mərasimini səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.

Trend.az

12.06.2015 10:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*