Azərbaycanca

Amerikalı məşhur politoloq: “İrəvan münaqişənin həllində heç bir tərəqqi göstərmir”

24.01.2015 | 12:30

46155

Pol Qobl Dağlıq Qarabağ haqqında şərh verib

 

 

 

 

 

 

 

 

Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəqqi gözlənilmir. KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, bunu Trend-ə Amerikalı məşhur politoloq Pol Qobl 2015-ci ildə münaqişənin həll perspektivlərini şərh edərkən deyib.

 

 

 

 

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində heç bir tərəqqi istəmir: “Bu il münaqişənin həllində tərəqqi ilə bağlı nikbin deyiləm. Düşünmürəm ki, Ermənistan bunu istəyir və Moskvanın İrəvanı buna sövq etdiyini görmürəm”.

 

 

 

Ekspert hesab edir ki, Kreml yalnız ona Azərbaycandan nə isə lazım olarsa, Ermənistanı hərəkətə sövq edəcək.

 

 

P. Qoblun qənaətincə, Rusiya bu yaxınlarda Azərbaycan və Qərb arasında ixtilafa baxmayaraq, Azərbaycandan nə isə ala bilməyəcək.

 

 

Politoloq əlavə edib ki, Rusiya ilə həddən artıq yaxınlaşma ölkənin son 20 ildə üzərində işlədiyi hər şeyin üstündən xətt çəkmək anlamına gələ bilərdi.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

24.01.2015 12:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*