Azərbaycanca

Amerikalı xristian yazar Ermənistanı tənqid edir

18.05.2012 | 11:16

1337409619_6f3932db23f6939e222eb57977011da8Samuel A. Weemsin “Ermənistan: Terrorist “Xristian” Dövlətinin Sirləri” adlı kitabı, nəşr olunduğu 2002 – ci ilin mayından uzun illər sonra Türkiyə Türkçəsinə tərcümə olunub “İrəli Yayınları” tərəfindən təkrar nəşr olunub.

Xristian terror dövləti

 

Samuel A. Weems’in kitabının adını belə qoyması təkcə, ABŞ – a erməni yalanının çatdırılması baxımından yox, eyni zamanda bütün Qərb dünyasına çatdırılması baxımından da böyük bir hadisədir. Bilindiyi kimi, Qərbdə “terror” və “İslam” sözlərindən həmişə bir – birinin eynisi, bəzən də bir sözün sinonimi kimi istifadə edilib. Samuel A. Weems bir ilki reallaşdıraraq XX. əsrdə din adına gerçək mənada və ən böyük nisbətdə ilk böyük terror kampaniyasını ermənilərin tətbiq etdiyini etiraf edir. Bunu Qərbin içindən çıxan nadir dürüst səslərdən biri olaraq qəbul edə bilərik. Weems, kitabı 11 Sentyabr 2001-ci il New Yorkdakı Dünya Ticarət Mərkəzinə edilən hücumdan dərhal sonra qələmə alıb. O, haqlı ABŞ-ı idarə edənlərdən və bütün Qərb dünyasından soruşur:

“100 il boyunca Azərbaycan və Türkiyə müsəlmanlarını qatı dinçi bir Xristian terroruna məruz qoyan erməniləri və onların qurduqları terror dövlətini ABŞ milyardlarla dollar köməklə bəsləyərkən, necə qayıdıb Müsəlmanları Islam terrorunda günahlandıra bilərlər? Müsəlmanların bizi sevməsini gözləyə bilərlər?”

Səmimi və inanmış bir xristian kimi bu sualı verən Weems beş cildlik bir silsilənin birinci cildi olan bu kitabı qələmə almasına səbəb olan bu vicdan mühasibəsi ilə Qərb insanını baş-başa qoyur. Weemsin gəldiyi qənaətlər son dərəcə sadə və realdır. Fəaliyyət göstərməsi üçün erməniləri tarix boyunca dəstəkləyən Rusiya, İngiltərə, ABŞ, Fransa kimi dövlətlərin arxivlərinə və sənədlərinə müraciət edən Weems, ermənilərin təhrif etdikləri tarixi sənədləri də araşdırmışdır. Bütün bu hadisələrin meydana çıxardığı yeganə obyektiv həqiqəti isə Weems belə görür:

– XX əsrdə ilk etnik təmizləmə və din terroru kampaniyasını ermənilər başlayıb.

– Erməni terror təşkilatları və bu günkü Ermənistanın əsasında Xristianlığın radikal qanadlarının təmsil olunduğu irqi və dini soyqırım ideologiyası yatır.

– Ermənistan nə demokratik bir dövlətdir, nə dünyəvidir, nə də bir respublikadır. Radikal dini əsaslara söykənən bir kilsə dövlətidir. Bir diktatorluqdur. Və qanunları, proqramları və ideologiyasıyla bir “terror dövlətidir.”

– XX əsrdə ermənilərin Qərb dövlətlərinin dəstəyi ilə icra etdiyi terrorist fəaliyyətlərin, üsyanların və döyüşlərin nəticəsində ölən ermənilərdən qat-qat daha çox Müsəlman ölmüşdür. Müsəlman Türkiyə Türkləri və Azərbaycan Türkləri, hətta xristian Gürcülər, ermənilər tərəfindən qadın, uşaq, vətəndaş demdən qətlə yetirilib.

– Ermənilərin bu qırğınının əsas səbəbkarı Qərb imperialist dövlətlərdir. Çünki “din qardaşlığı” pərdəsi altında ermənilərin terrorist fəaliyyətlərinə həm maddi, həm də silahla bütün Avropa dövlətləri və ABŞ dəstək olmuşdur. Ən son Qarabağda 1 milyon müsəlman azərbaycanlının yurd – yuvalarından qovulması, on minlərlə insanın qətlə yetirilməsi və 1990-cı illərin ortasında bütün dünyanın gözləri qarşısında Erməni dövlətinin Türklərə soyqırım tətbiq etməsinə baxmayaraq ABŞ yalnız bu qısa müddət ərzində Ermənistana tam 1.4 milyard dollar pul yardımı etmişdir. Yenə Rusiya, həm ordusu həm də 1 milyard dollara yaxın hərbi dəstəyi ilə bu qırğına rəvac verib. Halbuki, bu dövr torpaqlarının 20%-i işğal edilmiş Azərbaycana öz ölkəsini müdafiə etdiyi üçün ABŞ Senatı sanksiya elan edib. Weems’in ifadəsiylə bu 150 illik çirkli, günahkar və qanlı bir ticarətdir. Ermənilər “Xristianlıq” adına qan tökməkdə, Qərb Xristian dövlətləri isə ona qarşılığında “insani” yardım göstərməkdədir.

 

Weems yaşananları səmimi bir Xristian kimi Səlib yürüşlərindən sonra Xristian dininə edilən ən böyük təhqir olduğunu etiraf edir. Ancaq Weems’e görə ermənilərin Xristianlığı belə şübhəlidir. Ermənistanda ənənəvi Erməni məzhəbi olan Qriqoryan Kilsəsinə yox, başqa bir Xristianlıq məzhəbinə bağlı olan hər kəsə edilən zülmləri, ermənilərin öz dindaşlar Gürcülər istiqamətli qırğınlarını ortaya qoyan Weems, erməni fanatizminin təkcə dini yox, eyni zamanda irqçi olan ölçüsünü də kitabında qeyd edir.

 

Samuel A. Weems kimdir?

 

Kitabın yazarı Samuel A. Weems ABŞ-da Arkansas Hazen əyalətində doğulan və hal – hazırda təqaüddə olan bir hakimdir. Bu vəzifə ABŞ-da seçki ilə olduğu üçün eyni zamanda Demokrat Partiyada aktiv siyasətlə məşğul olan Weemsi bu kitabı yazmağa vadar edən səbəb ABŞ – ın xarici siyasətinin ermənilər və Ermənistan üzərində cəmləşməsi və partiyasının, eyni zamanda ABŞ Senatının zaman – zaman erməni lobbisi lehinə qərarlar almasıdır. Ermənistana çox böyük miqdarda maddi yardım nəzərdə tutan bu qərar qarşısında Weemsin beynində şübhələr yaranıb. Ermənistanın Azərbaycanın 20% – lik ərazisini işğal etdiyini bilən Weems, ABŞ Dövlətinin rəqibi Rusiya tərəfindən onsuz da həqiqətən dəstəklənən işğalçı bir dövlətə niyə bu qədər böyük nisbətdə dəstək olduğunu düşünməyə başlayıb.

Arkansas əyaləti ABŞ-da irqçi və dinci ön mühakimələrin ən yüksək olduğu bölgələrdən biridir. Samuel A. Weems’in bir başqa əhəmiyyətli xüsusiyyəti isə aktiv və inanmış bir Xristian olaraq Protestant Baptist Kilsəsində moizələr etməsi və keşiş kimi fəaliyyət göstərməsidir. Weems apardığı araşdırmalarda həm Arkansas, həm də bütün ABŞ-da, başda Türklər olmaq üzrə Müsəlmanlara istiqamətli böyük bir nifrətin formalaşdığını və çirkin təbliğatların sürətlə artdığını müşahidə edib. Türkiyənin İncil baxımından müqəddəs bir torpaq olduğunu yaxşı bilən Weems, apardığı bütün araşdırmalar və Türkiyəyə dini məqsədli reallaşdırdığı ziyarətlər sayəsində, Qərbdə yaradılmış “vəhşi, barbar, qaniçən, İslam fanatiği Türklər” mifinin nə qədər böyük bir yalan olduğunun şəxsən şahidi olub.

Insanı həqiqətə aparıb çıxaran səbəblər fərqli ola bilər. ABŞ – ın və Xristian Qərbin Türklərə və müsəlmanlara qarşı haqsız hücumlarına qarşı Weemsi üsyan etdirən yenə öz dindarlıq və vətənpərvərlik duyğuları olmuşdur. Qərb adına bir vicdan mühasibliyi edən Weems, Türklərin min illərdir davam edən tolerant və ədalətli tarixinin nə üçün bu cür qaralandığını araşdırır. Weems, böyük dövlət maraqlarının yanında kin və nifrət toxumları əkən təbliğatçıların xristianlığa ən böyük zərəri verdiyi nəticəsini çıxarır. Weems, Qərbin və ABŞ-ın İslam dünyası tərəfindən bu qədər çox nifrət edilməsinin ən böyük günahının və səbəbinin səbəbi kimi, ABŞ və Qərbdəki radikal xristianlıq meyllərini 150 ildir qızışdıran “yalançı və xain” erməni lobbilərini görür.

 

Türklərlə eyni qədəri paylaşan Türk dostu

 

Ancaq Weemsin apardığı araşdırmalar Qərb dünyasında o qədər də əks-sədaya səbəb olmur. Əvəzində isə o, hətta türklərlə bərabər eyni təqib və təzyiqlərə məruz qalır. Bütün ABŞ-da mütəşəkkil olan və cinayət daxil hər cür terrorist üsulla insanları ram etməyə çalışan erməni diasporu Weemsi hədəfə götürür. Ermənilər öz çirkli üzlərini və hərəkətlərini ortaya çıxaran bir səsə əsla dözüm göstərə bilmirlər. Weemsə əsla işləmədiyi cinayətlərdən dolayı ictimaiyyətdə erməni təbliğat maşını tərəfindən müxtəlif böhtanlar atılır. Üz qızardan cinayətlər işləmiş bir fırıldaqçı kimi təsvir edilir. Hətta, Weemsin Türk dövlətinin pullu agenti olduğu iddia olunur.

Amma bir həqiqətdir ki, Weems həqiqətin tərəfində olan bir insandır

 

Tərcümə: Oktay Hacımusalı

 

18.05.2012 11:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*