Azərbaycanca

ANAMA: Cocuq Mərcanlıda 18 gündə doqquz partlamamış hərbi sursat aşkarlanıb

05.12.2017 | 11:49

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 4-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 36 min 860 kvadratmetr ərazi tam təmizlənib, 5 min 400 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cocuq Mərcanlıda on səkkiz gün ərzində doqquz ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 565 min 306 kvadratmetr ərazi tam təmizlənib, 168 min 800 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 4-dək 7 min 528 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkar olunaraq zərərsizləşdirilib, 5 milyon 487 min 448 kvadratmetr ərazi yoxlanılıb.

AZƏRTAC

05.12.2017 11:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*