Azərbaycanca

Andranikizim (III hissə)

14.03.2013 | 13:43

1363253492_pppp1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında “birqulaqlı Andranik” deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak edir.1912- ci ildə müharibə başlayanda, Qareqin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır. Burada erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törətməklə məşğul idi. Bu döyüşlərdə iştirakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, “İgidliyə görə qızıl xaç” ordeni ilə təltif olunur. Bundan əlavə onu digər mükafatlarla da təltif edirlər, həmçinin Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur. 1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağa tapşırır. Mart 1915-ci ildə Vanda başladılan üsyanı dəstəklədi. 18 Aprel 1915-ci ildə digər bir erməni  Nikol Dumanla Xəlil paşa rəhbərliyindəki Osmanlı qüvvələrini məğlubiyyətə uğratdı.Yanvar 1916-da  Rus ordusu  ilə birlikdə Bitlisə girdi. Van şəhərini yandırdı və vətəndaş xalqdan çox sayda adamı öldürtdü. Bu səbəblə Rus Divan-ı Hərbində mühakimə olunub həbs edildi, daha sonra rütbəsi qaytarıldı.

1917-ci ildə Rusiyada çarizm yıxılmışdı, Anadoludakı nizamlı Rus birlikləri dağılmağa başlamışdı. Qafqaz cəbhəsi komandiri, general-mayor Lebedenski Anadoluda erməni birliklərindən savayı digər silahlı birliklərin qalmamasına göreə, adam olmadığından və onun bu torpaqları tərk etməmək istəyinə uyğun olaraq  1918 –ci ilin yanvar ayında Antraniki general-mayor elan etdi və  Ərzurumun müdafiəsi ona həvalə olundu. Andranik buranın köməksiz əhalisinə divan tutmağa başladı. 2 mart 1918- ci ildə də Andranik Ərzurum Mərkəz komandirliyini öz üzərinə aldı. İlk günlər ordusunda nizam yaratmağa cəhd etdi, ancaq Osmanlı birlikləri Ərzuruma yaxınlaşdıqca əsgərlərinə  yerli əhalini qırmaq əmri verdi, qırğınlara başladı. 12 mart 1918-ci ildə Osmanlı orduları Ərzuruma girərkən qaçan erməni əsgərləri arxalarında xaraba bir şəhər qoydular, çox sayda qadın, uşaq, qoca  vəhşicəsinə  qətl edilmişdi. Bundan sonra o irəliləyən Qafqaz İslam Ordusu qarşısında ingilis orduları ilə birləşmək üçün İran Azərbaycanına çəkildi, lakin Xoy şəhəri yaxınlığında Əli İhsan Sabis Paşa əmrindəki Osmanlı ordusu qarşısında 9 İyun 1918-ci ildə məğlub olaraq  Naxçıvana çəkildi. Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştrakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.1916 -cı ildə çar ordusunun komandanlığı ilə yaranan problemlərə görə cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində, onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türk və kürd əhalisinin kütləvi qətlləri ilə məşğul olurdular. Andranik 1918 ci ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o 1918 ci ilin iyulunda  Bakı Komunası rəhbəri Stepan Şaumyana teleqram göndərir, teleqramda Andranik bildirir ki, “Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır, və o özü dəstəsi ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır”. Andranik Qafqazda nələr etmişdir? Nə qədər insanın ölümünə bais olmuşdur. Bunu bu bölgədə yaşayan insanlar şahidlik etmişlər. Bu bölgədə olan ən qəddar komandir Andranik olmuşdur. O dəstəsinə deyirdi ki, harda türk görsəniz öldürün, qoca, qadın, uşaq olsa belə. Andranikin 1918-ci ildə Rus ordusundan istefasina  səbəb bu bölgədə ordu içərisində istədiklərini etməyin mümkün olmadığından baş vermişdi.  Gerçək bu idi ki, rus ordusu işğal etdiyi yerlərdə mülki əhaliyə toxunmurdu, amma bu qatil haqqında onu demək mümkün deyildi.  Onu Rus ordusu tərkibindən bu xasiyyətinə görə çıxardılar.Bu səbəbdən də o  general paltarını çıxararaq dəstə rəisi, partizan  paltarını geydi.  Qafqazdakı rus orduları komandanı,  milliyətcə erməni olan general Nazarbekova xəbər göndərərək, Gümrüyə gəlmək istədiyini və Zəngəzur bölgəsində türklərə qarşı vuruşacağını bildirdi. Nazarbekov bu planı bəyəndi, Andranikin Gümrüyə gəlməsini qəbul etdi. 10 Aprel 1918-ci ildə 400 seçilmiş Türkiyə ermənisindən ibarət olan “Xüsusi Hərəkat Birliyi” ni qurdu. Bu birliyin məqsədi guya ki, Rusiya sərhədlərini qorumaq və türklərin Qafqaza girmələrini qarşısını almaq idi. Bu birlik ayrıca Qafqazdan Türkiyəyə yerləşdirilmiş olan ermənilərin köhnə yerlərinə qaytarılmasına da nəzarət edəcəkdi. Bu tarixlərdə Cənubi  Qafqazda siyasi bir boşluq var idi. Türk birlikləri sürətlə irəliləyir, bu bölgəyə nəzarəti ələ almağa yaxın idilər. Xüsusilə Bakıdakı neft quyularının türklərin əlinə keçməməsinə çalışan ingilislər bölgədə özlərinə bağlı ola biləcək hərbi güc axtardılar. Müstəqil və böyük Ermənistanın qurulmasını  şərt olaraq irəli sürən Andranik onlar üçün çox uyğun bir adam idi. 4 iyun 1918-ci ildə türklərlə ermənilər arasında Batum Anlaşmasının imzalanması İngilislərin Qafqazdakı bu siyasətinə  zərbə oldu. Artıq ingilislərə işləyən  Andranik də bu anlaşmanı qəbul etmədi. Andranikə görə; Ermənistan Ərzurum, Van, Muş və Bitlis bölgələrini də içərisinə almalıydı. Lakin Batum müqaviləsinə görə, bütün bu bölgələr türklərin idarəsində qalırdı. Bu müqavilə ilə Qafqaz erməniləri ilə Türkiyə erməniləri arasında ciddi anlaşılmazlıqlar ortaya çıxdı. Qafqaz erməniləri Andranik və dəstəsinin problem çıxardığından və keçdiyi yerlərdə qan tökdüyündən  onu qəbul etmirdilər. Ermənistan Respublikasının bu şərtlər altında varlığını və qüvvətlərini paylamağı rədd edən Andranik, Şərqi Anadoludakı qırğınlarına Culfa, Naxçıvan, və Zəngəzur bölgəsində də davam etdirdi. Batum Anlaşmasının imzalanmasına qədər geri çəkilən ermənilərin qadın, uşaq, qoca demədən müsəlmanları məhv siyasəti Andranik  tərəfindən davam etdirilirdi. Gəncə, İrəvan, Ordubad və İranda qırğına davam etdikləri  Batum Anlaşamasından sonra da davam etməsi yeni müdaxilə tələb edirdi. Türk Komandanlığı ermənilərə dəfələrlə ultimatum vermişdi. Andranikin Naxçıvandakı cinayətləri haqqında  qurulan erməni komissiyası da bu qənaətdə idi. (Bu  məsələ ilə bağlı mövcud olan sənədlər məhv edilmişdir) Andraniki Naxçıvan bölgəsinə çağıran gen. Nazarbekov isə Andranik qüvvələrini İrəvanın təhlükəsizliyi üçün bir zəmanət olaraq bu bölgədə tutduğunu iddia edirdi.  May ayında Azərbaycan, müstəqillik bəyannaməsini elan edəndən sonra bu bölgəni, xüsusən Qarabağ  və Zəngəzuru Osmanlı ordusunun köməyi ilə öz idarəsi altına almağa çalışdı. Lakin  olmadi. Əsas qüvvə Bakı üzərinə hücuma hazırlaşırdı. Andranik bundan yararlandı  və iyul ayında Zəngəzura girdi,  bir çox müsəlmanı qətl etdi və buranı Ermənistanın nəzarəti altına verdi. Bu bölgədə o zaman  Andranik tərəfindən  10.068 adam öldürülmüş, 115 kənd yerlə bir edilmişdi. İrəvan bölgəsindəki müsəlman nümayəndələr Azərbaycan hökumətinə  göndərdikləri teleqrafda yazırdılar: “…Andranik öz qoşunu ilə İrəvan bölgəsinə hərəkət etdi.  Dəstəsində Türkiyədən gələn ermənilər də var. Hədəfləri bölgədəki müsəlmanların məhvi və köçürülməsidir ” Andranik bu bölgədə Culfa, Ordubadın bir çox kənd-qəsəbələrini, şəhərlərini işğal etmiş, evləri, məscidləri, məktəbləri və taxıl ambarlarını yandırıb külə çevirmişdi. Əsas qərargahını Naxçıvan şəhərindən on iki kilometr uzaqlıqdakı Küznütdə quran Andranik 4 sentyabr 1918-ci ildə Nehrəmə hücum etmişdi, lakin müqavimət görüb geri çəkilmişdi. Andranik Zəngəzur bölgəsindəki müsəlman kəndlərinə üç böyük hücum təşkil etmişdi, bu hücumlarda yenə də mülki insanlar- mindən çox müsəlman həyatını itirmiş və həyatda qalanlar Naxçıvan və Gəncəyə qaçmışdılar. Bu arada Qarabağdakı ermənilər Andranikdən  hərbi yardım istəmişdilər. Andranik 1918-ci ilin oktyabrında o silahlı dəstələrini  Qarabağ-Zəngəzur sərhədinə yığmışdı. 29 noyabr 1918-ci ildə o, Qarabağa  hücuma başladı və Şuşaya  girərək burada qırğınlar törətdi. Şuşa tamamilə yandırıldı. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci dünya müharibəsindən sonra Türkiyə hökuməti Andraniki hərbi cinayətkar kimi beynəlxalq axtarış elan edir.   Sovet Rusiyasında da onunla bağlı cinayət işi qaldırıldığı  ilə bağlı tarixi sənədlərdə  bilgilər vardır.  Amma  bunları da  ermənilər arxivlərdən yox etmişlər.

 Yeni erməni milli kimliyini  Andraniksiz təsəvvür etməyən bir cəmiyyətdə ortaya atılan bu ideologiya bəllidir ki, şovinist düşüncənin məhsuludur. Andranikizm uydurma bir ideologiyadır. Bunu milli düşüncə sistemi kimi təqdim etmək yenə də humanist məqsədlərdən qaynaqlanmır. Onsuz da xəstə olan erməni cəmiyyəti “andranikizm ideologiyası” dalınca gedərsə sağalmaz bir xəstəliyə düçar ola bilər.

Qafar Çaxmaqlı

KarabakhİNFO.com

14.03.2013 13:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*