Azərbaycanca

Anita Kravos: “Azərbaycan dilini öyrənmək istəyirəm”

22.10.2014 | 16:06

anitakMəşhur italiyalı aktrisa Anita Kravos “KarabakhİNFO.com” beynəlxalq elekton jurnalına müsahibə verib.

 

 

Anita xanım, Azərbaycana xoş gəlmisiz. İlk dəfədir ki, Azərbaycanda olursuz. Bakı sizə necə təsir bağışlayır?

 

 

İlk dəfədir ki, Bakıda oluram. Şəhəri az gəzmişəm. Amma olduğum yerlər çox gözəldir.

 

 

Azərbaycana gəlməzdən öncə Azərbaycan haqqında məlumatınız vardımı?

 

 

Bəli bura gəlməzdən öncə Azərbaycan barəsində biraz məlumat topladım. Öyrəndim ki, İtaliya və Azərbaycan dost ölkədir. Yaşasın, Azərbaycan- İtaliya dostluğu.

 
Bəs İtalyada necə, italiyanlar Azərbaycan haqqında məlumatlıdırlarmı?

 
Mənə elə gəlir məlumatları var. Əgər dost ölkəyiksə mütləq dostlarımız haqqında məlumata malikdirlər.

 

 

Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Bu barədə nə deyərdiz?

 

10731006_784760524900999_9205749402849659308_n

Çox üzüldüm bu xəbərə. Mən müharibəni heç sevmirəm. Dünyada müharibə olmasını istəmirəm. İnşallah torpaqlarınıza geri qayıdarsız.

 

 

Anita xanım bildiyim qədər bir neçə əcnəbi dil bilirsiz?

 

 

Bəli, düz bilirsiz. Mən 6 dildə danışa bilirəm. Sizin danışıq diliniz olan Azərbaycan dilindən də çox xoşum gəldi. Azərbaycan dilini öyrənmək istəyirəm. Artıq öyrənməyə başlamışam. Bakıda olduğum müddətdə gündüzlər şəhəri gəzirəm, axşamlar isə Azərbaycan dilini öyrənirəm. Artıq bir neçə sözü bilirəm. Məsələn, “salam”, “sağol” və “yaxşı” sözlərini bilirəm. Kömək edən olsa sevə-sevə öyrənərəm.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

22.10.2014 16:06

Imtina

Your email address will not be published. Required fields are marked *

*