Azərbaycanca

Ankarada Qarabağ abidələri mövzusunda simpozium keçirilib

18.12.2017 | 14:34

Ankarada “Türk dünyası coğrafiyasında yox edilən tarix və mədəniyyət xəzinələri: Qarabağ abidələri” mövzusunda simpozium keçirilib.

Türkiyə Abidələr Dərnəyinin təşkil etdiyi və “Tanıtma fondu”nun dəstəklədiyi simpoziumda Türkiyə, Azərbaycan və Almaniyadan alimlər, QHT rəhbərləri iştirak ediblər.

Çıxışçılar erməni işğalı altındakı Azərbaycan torpaqlarında talan edilən qədim abidələr barədə danışıblar.

Türkiyə Abidələr Dərnəyinin başqanı Səlçuk Önal layihənin məqsədinin Türk dünyasında milli abidələrimizə qarşı həyata keçirilən məhv etmə siyasətinin gündəmə gətirmək olduğunu bildirib: “Növbəti tədbir başqa Türk bölgəsindəki tarixi abidələrin taleyinə həsr ediləcək”.

Simpoziumun materiallarının kitab şəklində çapı nəzərdə tutulub.

APA

18.12.2017 14:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*