"KarabakhİNFO.com"

beynəlxalq elektron jurnal

karabakh-tv

sənədlər anİmasİyada

Elxan Süleymanov

AVCİYA-nın prezidenti, Millət vəkili

Qafar Çaxmaqlı

 siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Məhərrəm Zülfüqarlı 

tarix üzrə fəlsəfə doktoru 


 

 

Məmməd Əhmədzadə 

Argentina Respublikasında Səfir

Sərsəng

Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)

Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)Ermənilərin  qonşu xalqların tarixini və mədəniyyətini saxtalaşdırmaqla özlərinə qondarma tarix və mədəniyyət “yaratmağa” çalışdıqları, bu sahədə böyük təcrübəyə sahib olduqları heç kəsə sirr deyil. İndi də Azərbaycan tərəfinin passivliyindən istifadə edərək, Kür-Araz mədəniyyətinə girişmişlər və Tunc dövrünə aid həmin mədəniyyətin guya ermənilərin əcdadları tərəfindən yaradıldığını iddia edir və bütün dünyanı da buna inandırmağa çalışırlar.


Kür-Araz mədəniyyəti dövrü insanları sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuş, ənənəvi sənət nümunələrini yeni dövrün tələbləri səviyyəsində yaratmış və inkişaf etdirmişdir. Onların içərisində dulusçuluq sənəti xüsusi yer tuturdu. Kür-Araz mədəniyyətinin dulusçuluq məmulatı bir çox əlamətləri ilə, yəni forması, tipi, hazırlanma texnologiyası və sairə ilə seçilirdi. Dulus çarxından istifadə nəticəsində bu dövrdə məhsuldarlıq daha da artmışdı. Qabların forma və növ müxtəlifliyi, estetik dəyərinin yüksəkliyi, dulus çarxının varlığı sənətkarlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qabların səthinin pardaqlanması və şüyrələnməsinin yeni sirlərinə bələd olmaqla dulusçular əsl sənət nümunələri yaratmışdılar.


          Bu dövrün mühüm yeniliklərindən biri metallurgiya və metalişləmənin sürətlə inkişafıdır. Azərbaycanın ilk Tunc dövrü yaşayış məskənlrində metallurgiya və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxe-oloji materiallar - soba, buta, parça, qəliblər və hazır məhsul tapılmışdır. Məsələn, Baba dərviş yaşayış məskənində metaləridən soba üzə çıxarılaraq öyrənilmişdir. Tuncdan muncuq, qolbaq və sairə kimi bəzək və biz, iynə, bıçaq və sairə kimi məişət əşyaları, əmək alətləri və silah nümunələri, qızıldan isə Xankəndi və Xaçınca kurqanlarından tapılmış bəzək əşyaları kimi şeylər düzəldirdilər. Metallurgiyanın inkişafı ilə əlaqədar olaraq daş alətlərin məişət və təsərrüfatda istifadəsi getdikcə azalırdı.  

                                                              

 H.Cəfərov yazır:


            “Tunc dövründə yerli əhalinin dünyagörüşündə və bədii təfəkkürünün inkişafında mühüm yeniliklər baş verir və bunlar ətraf aləmə, axirət dünyasına mifik aləmə inam, qəbir abidələri - kurqanlar və sairə, dəfn mərasimi, ölülərin yanına müxtəlif avadanlığın qoyulmasında, məişət və təsərrüfat avadanlığının   naxışlanmasında və nəhayət çoxsaylı qaya təsvirlərində özünü göstərir.”     

                                                          

            Son Eneolit və İlk Tunc dövrü qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri təsvirlərin realistikliyldir. Bu dövrdə ən çox rast gəlinən petroqlif-lər müxtəlif maral və aslan təsvirləridir.  Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)


 

     Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda, daha sonra isə  iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir.  

 

 Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər iskit (türk) mədəniyyətinin  köklərinin bilavasitə Azərbaycan ərazisi ilə bağlı olduğunu söyləməyə ciddi əsas verir. Onsuz  da  bu  mədəniyyətin  ən  qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz, iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir.

 

                     Tunc dövrünə aid təsvirlər içərisində diqqəti ən çox çəkən məqamlardan biri də həmin dövrdə, daha dəqiq desək, eradan əvvəl  lll minillikdə atlı süvarilərin əks olunmasıdır. Bu təsvirlər Azərbaycan ərazisinin təkcə od, ox, yay, şalvar, dəri geyim, dulus kürəsi və çarxının, eləcə də metallurgiya, təkər və arabanın ilk dəfə kəşf edildiyi məkan deyil, həm  də atın ilk dəfə əhliləşdirilərək minildiyi məkan olduğunu sübut etməkdədir. Atın ilk dəfə məhz ölkəmizin ərazisində əhliləşdirildiyini Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisindəki Əliköməktəpədən əldə edilən arxeoloji materiallar da təsdiqləməkdədir.

 

Atın əhliləşdirilməsinin guya hind, avropalılarla, at minməyin isə guya irandillilərlə bağlı olması fikri artıq çoxdan dəbdən düşmüş cəfəng fikirlərdən başqa bir şey olmadığını vurğulayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:


 

"Avestada köçəbə dünyası və tur (Turan) atlıları dəfələrlə qeyd olunur. İrandilli tayfaların atçılığı türklərdən öyrəndiyi arxeoloji xronologiya ilə aşkar olur və irandilli tayfalarda atla ilgili sözlərin daha çox türkcə işlənməsi ilə aydınlaşır."Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)


Alim bu fikrini Əlişir Nəvainin irandilli sartların  dilindəki atçılıq terminologiyası barədə söyləmiş olduğu sözlərlə əsaslandırmışdır ki, bu da tam doğru metoddur. Əlişir Nəvainin söylədikləri gerçəkdən çox maraqlıdır:


"At cinslərindən tupuçaq, arğumaq, yeke, yabu, tatu və sairəni də sartlar türkcə deyirlər. Atların yaşlarına görə adlarının çoxu türkcədir. Yalnız biryaş dayçanın öz adı var: kura. Qalanlarının - tay, ğonan, dunan, tulan, çırğa, lanqa və sairənin daha fəsihləri türkcə deyilir, amma çoxları bunu da bilməzlər. Sartlar at yəhərinə "zin" desələr də, başqa ləvazimatın adını çəkəndə türk sözü işlədirlər: Jibilqir, hana, tokum, yarlıq, ularçaq, ğançuğ, çılbır, quşqun, qantar, tüfək, toqa. Qamçıya "toziyone" desələr də, boldurğa və çubçurğa onlarda türkcədir."


Bənzər hal digər irandilli xalqların – fars, tacik, kürd, lor, gilək, tat, osetin və mazandaranlıların da leksikonu üçün xarakterikdir. Eyni halı əksər Qafqaz xalqlarının - gürcülərin, vaynaxların (çeçenlərin və inquşların), adıqların (adıgeylərin, çərkəzlərin, abxazların və kabardinlərin), eləcə də Dağıstan xalqlarının dillərində də müşahidə etmək mümkündür.

 


   

    (Pazırık xalısı üzərində atlı təsviri)

 

 Minəxanım Təkləli "Rus dilində türk sözləri" kitabında yazır:


" Türk dillərində atla bağlı zooloji leksikanın zənginliyi rus dilinə də sirayət etmişdir. Rus dilində at və miniklə bağlı sözlərin əksəriyyəti türk mənşəlidir. At adları - keyfiyyət və rənginə görə, mənsubiyyətinə görə: arqamak, merin, loşad, loşak,bulanıy, çubarıy, karakovıy, çalıy, kirqiz, karabax, tarpan, baxmut, kobıla; miniklə bağlı əşya adları: arçak, savrı (sağrı sözündən), tebenek, terlik, çeprak (hamısı yəhərlə bağlı), kançuk (qamçı), naqayka (noqay qamçısı), torba (yem torbası), stakançik (atla bağlı bəzək), xomut, çolka, yal, arkan və s. Elə təkcə tatar dilində at növlərinin adını bildirən qırxdan artıq söz vardır. "

Məlumat üçün bildirək ki, adı çəkilən müəllifin sözügedən kitabının 162-163-cü səhifələri bütünlüklə bu mövzuya həsr edilmiş və alim fikrini əsaslandırmaq üçün çox sayda rus dilçi və filoloqun əsərlərinə istinad etmişdir.


           Təkcə bu faktlar birmənalı və təkzibedilməz bir şəkildə istər atın əhliləşdirilməsinin, istər atçılıqla bağlı nəsnələrin, istərsə də at minmək sənətinin bilavasitə türklərin kəşfi olduğunu, türklərdən digər xalqlara keçdiyini sübut edir.


           Qədim yunan və Çin mənbələrindən belə məlum olur ki, farslar və qədim çinlilər minillər sonra şalvar geyib, at minməyi və ox atmağı məhz türklərdən öyrənmişlər. Məsələn, qədim Cin salnaməçilərinin yazdığına görə, eradan əvvəl 325-298-ci illər arsında bu ölkənin hökmdarı olmuş Vu Lunq Cində hərbi islahatlar gerçəkləşdirərək, öz əsgərlərinə hun türkləri kimi at minməyi, ox atmağı və gen dəri şalvar geyməyi öyrənməyi əmr etmişdi. Bundan öncə bu ölkədə atlar yalnız arabaya qoşulmaq üçün istifadə edilirmiş, əsgərlərin silahı isə qılınc və nizədən ibarət imiş. Eyni mənbələrdən o da məlum olur ki, çinlilərin tunc əşyalarla tanışlığı da hunlar vasitəsilə baş vermiş və bu ölkəyə ilk tunc məişət və təsərrüfat alətləri Altaydan gətirilmişdir.     

                         

           Antik müəlliflər  odun, metalın, dulus çarxının və sairənin türklər, daha dəqiq desək, iskitlər tərəfindən kəşf edildiyini söyləməklə yetinməmiş, erməni və farsların öz mədəniyyətlərini Azərbaycan türklərinin ulu babalarından hesab edilən midiyalılardan əxz etdiklərini, farsların şalvar geymək, at minmək və ox atmaq sənətini də onlardan öyrəndiyini qeyd etmişlər. Bu baxımdan  Strabonun söylədikləri böyük önəm daşıyır:   


           “Deyilənlərə görə, midiyalılar ermənilərin, onlardan daha öncə isə  farsların adət-ənənələrinin əsasını qoyanlardır. Farsların ox atmağa, at minməyə, şahlara qulluq etməyə olan həvəsləri və geyimləri midiyalılardan qaynaqlanır. Tiara, kitara, uzunqollu xiton, yun papaq və şalvar midiyalılardan farslara keçmişdir. Bu da təbiidir. Çünki bu cür geyimləri midiyalıların ölkəsi kimi soyuq ölkələrdə geyinmək daha rahatdır.”    

         

Bahəddin Ögəl "Böyük Hun İmperiyası" kitabında yazmşdır:


"Çində libas islahatı" haqqındakı məşhur Çin alimi Vanq Kuoveinin başqa bir araşdırması üzərində də bir az dayanmaq ehtiyacındayıq. Heyrətli dərəcədə geniş bir qaynaq məlumatına yiyələnmiş bu alim "Hunların libasları haq-qında bir araşdırma" adlı məqalə də yazmışdır... Bu araşdırmanın hamısını burada vermək imkanında deyilik. Ancaq nail olduğu nəticələr bu  nöqtələrdə cəmləşirdi: çinlilər hun geyimlərini alarkən geyimlərin hissələrinə aid adları da dəyişdirmədən... almışdılar. Bu əcnəbi sözlər  bir az dəyişdirilərək indiki Çində də işlənməkdədir. Bu geyim islahatlarının izləri uzun zamanlar boyunca Çində yaşamışdır.


"Geyim islahatları"  ilə Çinə gələn yeniliklər nələrdir?  Hun geyimlərinin geyməyə başlanması təkcə (şimaldakı) Chas dövləti daxilində qalmırdı. Bu vərdiş və yeni adətlər yavaş - yavaş bütün əsgərlər arasında yayılırdı, daha sonrakı yüzilliklərdə xalqa da gəlib çatırdı. Bu dəyişmə ilə çinlilərin keçmişdən geydikləri uzun paltarlar  yerini toqqalı qısa gödəkçələrə verirdilər. At minənlər üçün uyğunlaşdırılmış şalvar  geymə adəti də yayılmağa başlayırdı.


Çinlilərin ağır hərəkət edən cəng arabalarını atıb hunlar kimi yüngül atlı dəstələr yaratmaq istəmələri ilə belə bir dəyişmə də artıq faydalı olurdu.  Bunlardan başqa çinlilərin keçmişdə geydikləri ayaqqabıların yerini də hunların uzunboğaz çəkmələri tutmağa başlamışdı. Daha sonra hunların bəzək əşyaları, metaldan qayrılmış silah və ləvazimat əşyaları da Çinə gəlmiş və yayılmışdı."


Elm aləmində "Çin mumiyaları" adı ilə tanınan mədəniyyət də mövzumuz baxımından böyük önəm daşımaqdadır. Avropoid irqə mənsub və 2 metrə yaxın boya sahib olan, şalvar geyən, at minən, ox-yaydan istifadə edən və tunc, dəmir kimi metallarla tanış olan bir xalqın mənsublarının qalıqları olan sözügedən mumiyalanmış cəsədləri tarixçilər e.ə. ll minilliyə aid edirlər və belə hesab edilir ki, qədim çinlilərin at və metalla ilk tanışlığı onlar vasitəsi ilə başlamışdır. Firidun Ağasıoğlunun yazdığına görə, bu qədim xalqın geyimləri Qafqaz mənşəli olmuşdur. Bu faktın əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür.


Avropalı alimlər bu qədim mədəni xalqın avropoid irqinə mənsub olmasından heyrətlənmiş və çinli həmkarları ilə birlikdə mumiyalardan gen nümunələri götürərək onları hind-Avropa xalqlarının genləri ilə tutuşdurmuş və məlum olmuşdur ki, onlar hind-Avropa mənşəli deyillər. Sonra isə onların genləri Pazırıq kurqandan tapılan və Ermitajda saxlanılan mumiyanın gen nümunələri ilə müqayisə edildi və məlum oldu ki, hər iki mədəniyyətin daşıyıcıları eyni xalqdır. Sonrakı genetik tədqiqatlar isə göstərdi ki, həm "Çin mumiyalarının", həm də Pazırıq mədəniyyətinin yaradıcıları türkdürlər və avropoid irqinin kaspi (oğuz) qoluna mənsubdurlar. Yəni qəbirlərinə və skeletlərinə Çində (e.ə. ll minillik) və Altayda (e.ə. V-lV əsrlər) rast gəlinmiş türklər avropoid idilər və monqoloid  aborigenlərdən fərqli antropoloji özəlliklərinə sahib  idilər, başqa sözlə, Çin və Altayın aborigenləri olmamışlar və Qərbdən gəlmişdilər.Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)


 Mövzumuz baxımından türkoloq alim Əfzələddin Əsgərin yazdıqları da çox maraqlıdır:


“Ox-yay qədim türk təfəkküründə həm dini, həm siyasi, həm də dövlət quruluşunda müəyyən simvolik məna ifadə edirdi. Oxun qədim türk təfəkküründə belə çoxşaxəli məna daşıması heç şübhəsiz onun əmək aləti olmasından, ən başlıcası isə hərbi funksiysından irəli gəlirdi.


           Yay-ox istər hun ürklərinin, istərsə də göytürklərin ən çox işlətdikləri silah növü olmuşdur. Türklər silahın bu növündən məharətlə istifadə edirdilər. Bizim eradan əvvəl  ll əsrə aid olan Çin qaynağında deyilir: Hunların yay və ox işlətməkdə təcrübə və hünərləri çoxdur, hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər.


            Yenə də həmin dövrə aid başqa bir Çin yazısında deyilir: Hunlar at üstündə dördnalla çaparkən belə,ox ata və yay çəkə bilirlər.



             Kür-Araz mədəniyyəti və erməni yalanları (I məqalə)Türklərin yay çəkmə bacarığı haqqında məlumatlara ərəb və farsdilli mənbələrdə daha çox tuş gəlirik. Bəsrəli Cahiz türklərin bu fitri qabiliyyətini incədən – incəyə açıqlamışdır: Əgər min türk süvari oxu çəkib bir dəfə atsalar, min atlı həlak olacaq və belə zərbədən sonra ordudan heç bir əsər qalmayacaq. Nə xarici, nə bədəvi atı üstündə belə ox ata bilmir. Türk isə oxşar şəkildə həm vəhşi heyvanları, həm quşları, həm yarış zamanı nişani, həm adamları, həm hərəkətsiz fiquru, həm çəkilmiş təsviri, həm də yırtıcı quşları oxlayır. O, ox ata-ata öz atını irəli, geri, sağa - sola, yuxarı, aşağı sürür, xarici bir ox atınca türk doqquzunu atır...”

 

 


Bəxtiyar TUNCAY

"KarabakhİNFO.com"


Son Yazılar
e-Kitabxana
Ədəbiyyat

Qarabağ folkloru: görülən işlər və çıxarılan bəzi nəticələr Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynağa çevrilir. Belə məsələlərdən biri sovet dövrünün qaçaqları haqqında xalq təsəvvür və düşüncəsidir

 


Redaksiya ilə əlaqə:
Ünvan: Azərbaycan, Bakı şəh; Mirqasımov küç; 4/22 AZ 1007
Tel/Fax; (+99412) 440 61 55
Mob; (+99455) 288 99 09;
E-mail: editor@karabakhinfo.com
© 2012 Karabakhinfo.com
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Yuxarı get