Azərbaycanca

Armeniya və Hayastan haqqinda bir neçə söz

10.02.2014 | 16:35

1392035617_fffffffffffffffffffffffffffffffffffffffff (1)Saxtakarlıqları ilə bütün dünyada məşhur olan çağdaş erməni arixçilərinin yazdıqlarına görə, Ermənistan tarixən böyük və kiçik Ermənistan deyə adlanan iki hissədən ibarət olubmuş. Böyük Ermənistan şimaldan Qara dəniz və Gürcüstan, qərbdən Qızılırmaq, .ərqdən İran və Xəzər dənizi, cənubdan İran və İraq ilə həmsəhəd imiş. Kiçik Ermənistan isə guya Fərat çayının qərbində qalan yerlərdir. Bundan əlavə, ermənilər Tarsus və Toros dağlarının cənubunda və Ağ dənizin şimalında qalan tarixi Kilikiya ərazisini də ermənilərin vətəni sayırlar.   Onlara görə, Nuhun gəmisi tufanda Ağrı (ermənilər Ağrı dağını Ararat deyə adlandırırlar) dağı üzərində durmuş, sular çəkildikdən sonra Nuhun oğulları və nəvələri bu bölgədə yerləşmiş və ətrafa yayılmışlar. Erməni tarixşünaslarının fikrincə ermənilərin kökü Nuhun oğlu Yafəsdən olan nəvəsi Haykdan gəlir. Onlar erməniləri ilk əcdadlarının adı ilə qayklar adlandırırlar. Nuhun nəvəsinin nəvəsi olaraq qəbul etdikləri Hayk Mesopotamiyaya getmiş, Babil qülləsinin inşasında iştirak etmiş, daha sonra “Böyük Ermənistan” dedikləri Şərqi Anadolunun dağlıq bölgəsində yerləşmiş və burada ermənilər ondan törəyərək çoxalmışlar. Haykın nəvələrindən olan Aramın da guya 300 uşağı olmuşdur. Aram Asur hökmdarı Bel ilə vuruşmuş, ona qalib gəlmiş və bir dövlət qurmuşdur. Beləcə, Aramın adından alınma olaraq erməni milləti və dövləti meydana gəlmişdir.   Erməni tarixşünaslarının bir çoxu ermənilərin kökünü mənbə olaraq özlərinə daha yaxın olan qövmlərin – asur, yunan və yəhudilərin əsərlərinə bağlayırlar. Onların “Böyük Ermənistan” dedikləri Şərqi Anadolu ilə Kilikiya deyə adlandırdıqları Adana və Tarsus bölgələrinin Asur hökmdarlarından Salmanasar ilə Sardanapal zamanında Asur dövlətlərinə bağlı olduqları görülür.   Evald Banse yazır: “Ermənistan tarixi Asiya dövlətlərinin bu məmləkətin keçid qapılarını ələ keçirmək qayəsilə apardıqları mübarizələrdə asurilərin keçmiş hökmdarlarına, Romanın partlara, Bizansın yeni İrana və nəhayət, türklərin iranlılara və ruslara qarşı apardıqları müharibələrdən ibarətdir”.   Bəzi erməni tarixçiləri də Xorenli Movses ilə eyni düşüncədə olanlara qarşı çıxırlar. Məsələn, Dr. Daqavaryan bunlardan biridir. O deyir:   “Milli tarixçilərimiz Aqatanqelosdan başlayaraq müqəddəs kitabdakı Torqama ailəsini və Aşkeanaz kəlməsini irqimizə yaraşdırırlar. Halbuki Torqama Ermənistanın cənubi-şərqində ayrı bir ölkədir. Mixi kitabələrdə Tilqarima qalası Asuristandan şimalda göstərilmişdir…   …Aşkenaz İskuza dediyimiz bir iskit hökuməti idi. Atalarımız müqəddəs kitabda özlərinə bir kök tapmaq üçün qonşuları Aşkenaz və Torqamaları irəli sürmüşlər və ermənilərin də bu iki qonşu millətdən başqa kökləri olmaz deyərək, Haykı Torqomun oğlu saymışlar.”   Bu açıqlamalardan da göründüyü kimi, Xorenli Movses və digər erməni tarixçilərinin irəli sürdükləri köklərinin Yafəs ilə bağlantılı Hayk əfsanəsinin və xəyali krallıq silsiləsinin heç bir elmi əsası yoxdur.  Bundan əlavə, erməni tarixində ən parlaq dövr olaraq arşaqunilərdən (Arsaklardan, partlardan) bəhs edilməsidir.   Erməni tarixində Arşak olaraq adı keçən Arsak iskitlərin dak (təkə) qəbiləsindəndir. Partlar haqqında Girarde Rial bu məlumatı verir:   “Hirkania (Gürgan) Xəzər dənizinin şərqindəki düzənliyin böyük bir hissəsi idi, hətta Oksusun (Ceyhunun) digər tərəfinə qədər davam edərdi. Bəziləri buranı İberiya və Albaniya ilə həmsərhəd ərazi kimi göstərmişlər. Qitənin mərkəzinin Asterabad (Astarabad) olduğu şübhəsizdir. Bunların, yəni partların aryalara (qədim iranlılara) məxsus bir mədəniyyətə sahib olmaqla bərabər, türklərlə eyni irqdən olduqları isbatlanmışdır. Əhəmənilr səltənətindən, yəni miladdan əvvəl altıncı yüzildən etibarən Arilər ölkəsində tatar (türk) millətindən qəbilələrin olduğunu Orta Asiyadakı insan irqlərinə aid bir əsərdə görmək mümkündür.   Hirkaniyalılarla  partlar vahid rəhbərlik altında idilər. Daranın kitabəsinə görə, orada bəzi tatar (türk) qəbilələri də vardı. Bunlar imperatorluğun şimal sərhədlərini qarət etməklə məşğul olur və səltənət iddiasıyla üsyançılara yardım edərdiləri. Part imperatorluğunu quran Arsak dak qəbiləsinin rəhbəridir”.   Renee Crousset özünün “Histoire de IAsie” (Asiya tarixi) kitabının I cildində (s. 72-73) yazır:   “Partların Şimali İranda bir Lskit (yəni Türk) qəbiləsi olduğu… bildirilir”.   Alim partlarla sakaların eyni qövmə mənsub olduqlarını deyir və bildirir ki, sakalar, partlar, partların ən soylu xanədanı olan daklar xalis türkdürlər.   Saint Martin keçmiş yunan tarixçilərindən gələn “parthe” kəlməsinin iskitcə olduğunu və (xaricə atılmış) mənasına gəldiyini yazır. “Divani-lüğət-it türk”də də part kəlməsi (qarnı çölə çıxmış) mənasındadır.   Xorenli Movses Bəlx şəhərinin part xanlarının ana yurdu olduğunu bildirir.   Qeyd edək ki, “Armeniya” adı tarixdə ilk dəfə m.ö. 518-ci ilə aid olan “Bisütun” yazılarında işlənib. Fars şahı I Dariusun yazılarında Elazığ bölgəsində üsyan edən bir ayfadan – “Armina” və ya “Arminia”dan bəhs edilir. M.ö. l88-ci ildə qurulan Artaksias krallığı zamanında aramicə “Yüksək, Yuxarı ölkə” demək olan Armeniya adı Muğ və Əhlat bölgələri üçün istifadə edilən coğrafı bir termin olub. Sonralar bu ad romalılar tərəfindən orta və yuxarı Murad suyu ilə Kür və Araz çayları üçün də istifadə edilmiĢ, bilavasitə avropalılar tərəfindən də qəbul olunmuşdur.   İnayətullah Cemal Özkaya haqlı olaraq göstərir ki, özlərinə “Hayk” deyən və guya “Hayk” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və türklərlə bütün xaricilərin “erməni” dedikləri qövmlə Armeniya ölkəsi adının heç bir əlaqəsi yoxdur.  Səlcuqlu türklərinin ilk Anadolu fəthi və Səlcuqlu-Bizans münasibətləri haqqında “Byzance et les Tures Seljoucides dans lasie Occidentale jusquen 1081, Nancy 1913” adlı mühüm bir əsər yazmış Nancy Universitetinin tarix professorlarından Jean Laurent ermənilərin 1920-ci ildə Parisdə nəşr etməyə başladıqları və nəşr edənlərin fransız xalqının dəstəyini istədikləri “Erməni etüdləri” jurnalında Ermənistan ilə əlaqəli olaraq belə deyir:   “…Həqiqətən, yazılı tarixin başlanğıcından bəri Armeniya adı verilən bir bölgə vardır… Lakin əsrlərdən bəri bu şəkildə adlanan yer bir ölkə deyil, bir coğrafi termindir. Şübhəsiz, ermənilərin bu bölgədə yaşadıqları olmuşdur, fəqət bu bölgəyə sırf Armeniya adını daşıdığı üçün nə ermənilərin müqəddəratı, nə də Ermənistan dövləti adını daşıyan bir dövlətin varlığı qətiyyətlə qəbul edilə bilməz”.   Alim göstərir ki, ermənilər nə Armeniya coğrafi adını, nə də xaricilərin onlara verdikləri “armen” // “erməni” adını mənimsəyib istifadə etməmişlər və məmləkətlərinə “Hayastan” adını vermişlər.   İrəvan Universitetinin professorlarından A.Xaçaturyan 1933-cü ildə İrəvanda nəşr etdirdiyi “Ermənistanın mixi yazı dövrünün mühakiməli tarixi” adlı ermənicə əsərinin sonundakı xəritədə Hayastanı 41-45 dərəcələri arasında, yəni Ərzurumun qərbindən İrəvanın Ģərqinə qədər uzanan yerlərdə göstərmiş və Hitit kitabələrində yuxarı Ermənistan üçün “Hayasa” adından istifadə etmişdir. Qarabağ-Zəngəzur ermənilərindən olan Prof. N. Adonts ermənilər haqqında ilk dəfə bir tarix yazan və tarixi son zamanlara qədər bütün erməni tarixi üçün əsas tutulan Xorenli Movsesdən bəri (VII əsr) ermənicə mətnlərdə keçən Hayastan (Hayistan, yəni haylar ölkəsi) adı ilə Hitit mətnlərində keçən bu Hayasanı eyniləşdirməkdə və hayasalıları ermənilərin ataları olaraq göstərməkdədir.   Asiya tarixi üzrə dərin tədqiqatları ilə tanınan məşhur fransız şərqşünası Renee Qausset də yazdığı “Səlcuq hakimiyyətinə qədər Armeniya”  adlı kitabında məhz N. Adontsun fikirlərini dəstəkləyərək, Armeniyanın haylara heç bir aisiyyatı olmadığını söyləyir. İngilis alimi C.A.Burney də ermənilərin özlərinə “hay” demələrinə əsaslanaraq, onların hayasalılardan olduqları fikrini müdafiə edir. Ermənilərin bu qövmün idarəsində “hay” adını almış olmaları fıkri ona daha məntiqli görünür.   Erməni tarixi ilə məşğul olan nə qərb, nə də erməni elm adamları və tarixçiləri  arasında bu dövrə aid hələ də qəti bir fikir yoxdur. Ermənilər barəsində bu günə qədər aparılan tədqiqatlar tam və güvənilən bir incələməyə əsaslanmır.   Dəqiq məlum olan budur ki, ermənilər m.ö. 325-ci ilə qədər Əhəmənilərin idarəsi altında olmuş və onlara bağlılıqlarını sürdürmüşlər. Beləcə, Ermənistan Makedoniyalı İskəndərin m.ö. 325-ci ildə III Dariusu Arbelada (Ərbildə) məğlub etməsinə qədər fars hakimiyyəti altında olmuşdur.   Makedoniyalı İskəndər Fars imperatorunu məğlub etdikdən sonra o torpaqların tək hakimi oldu. Beləcə, Ermənistan da İskəndərin əlinə keçdi. İskəndər əslən fars olub Sardes qalasını ona təslim edən Mitridatı Ermənistanın valisi təyin etdi. Makedoniyalı İskəndər gənc yaşında ikən Babildə xəstələnərək vəfat etdikdən sonra da (m.ö. 323-cü il) Mitridat müstəqilliyini elan etmədən əvvəlki kimi Ermənistanı idarə etdi.   İpsos (İsos) müharibəsindən sonra ermənilərin yaşadıqları bölgələr Selevkidlərin əlinə keçdi və bir müddət sonra da bu bölgə Selevkidlər tərəfindən Artanas və Orontes adındakı komandanlar arasında bölüşdürüldü. Makedoniya kralı Antioxun m.ö.190-189 illərdə Maqnesia (Manisa) müharibəsində romalılar tərəfindən məğlub edilməsindən sonra onun tərəfindən Şərqi Anadolu bölgəsinin valisi təyin edilmiş general Ataxias, eləcə də Tokat, Divriği, Ərəbkir, Malatya, MaraĢ, Saimbəyli və Kayseri bölgələrinə vali təyin edilmiş general Zadriades müstəqilliklərini elan etdilər.   Selevkidlərin bu torpaqlardakı selefkosların hakimiyyəti 150 ilə yaxın sürdü və bölgənin partların əlinə keçməsilə sona çatdı.   Partlar m.ö. 248-ci ildə Xəzər dənizinin cənub-şərqini ələ keçirərək Part dövlətini qurmuşdular. Daha sonralar bu dövlət liderlərinin adıyla Arsaklar dövləti olaraq tanınmağa başlamışdı. Dövlətin qurucusu Arsak sak türklərinin part boyundan idi.   Arsaklılar (partlar) daha sonra Araz çayı bölgəsinə hakim oldular və m.ö. 123-95 illərdə geniş bir sahəni ələ keçirdilər. Beləcə, ermənilər də part hakimiyyəi altına keçəsi oldular.      

 

B. Adiloğlu  

 

“KarabakhİNFO.com”    

10.02.2014 16:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*