“Armenizm – bilik və inancların milli-dini sistemi, təkallahlığı qəbul edən və milli tarixi və ata-baba torpaqlarının müqəddəsliyini qoruyan ideoloji təlimdir”. Erməni elmi-fəlsəfi ədəbiyyatında armenizmə belə tərif verilir. Deyilir ki, Ermənilik (Armenizm), bilik və inanclar sistemini özündə əks etdirən ideologiya kimi erməni xalqını, onun ailə dəyərlərini və ənənələrini qoruma fəaliyyətidir. Həmçinin milli dövlətə sahib çıxmadır. Daha doğrusu, “köhnə və yeniyə”! Bu ideoloji nəzəriyyə on illər boyu bir çox erməni alimləri tərəfindən müstəqil şəkildə, bir-birindən xəbərsiz işlənib hazırlanmışdır. “Erməni çox erkən zamanlardan xristianlığı ” erməniləşdirmişdi “. Erməninin əsil dini elə armenizmdir “. Erməni millətinin əsas ideoloqlarından hesab olunan Garegin Njdenin bu təsbiti bütün ermənilər üçün əsas olaraq götürülmüşdür. Çünki Njde de digər erməni filosoflar kimi erməni xalqının xristianlıqdan öncə də ali bir irqə məxsus olduğunu iddia edənlərdəndir. Onlar xəyallarında təkəbbürlü bir erməni obrazı canlandırır və bu fikri başqalarına da sırımağa çalışırlar ki, ermənilər başqa xalqlardan daha üstün və daha ağılllıdır. Hətta ermənilər 301-ci ildə xristian dinini qəbul etməklə də bu dini şərəfləndirmişdir. (Zardaryan Novlet NJDEHYAN TSEXAKRONUTYUN – ՆԺԴԵՀՅԱՆ ՑԵՂԱԿՐՈՆՈՒԹՅՈՒՆ http://hayland.am). Erməniliyi (armenizmi) milli və dini kimlik kimi ortaya qoymaq və reallaşdırmaq o zaman mümkün olardı ki, bu işin həyata keçirilməsi üçün güclü psixoloji faktorlar olsun, bu işi başa çatdıracaq zəruri komponentlərin ahəngdar birləşməsi təbii olaraq baş versin. Armenizm gərəkli dəlilləri, arqumentləri ortaya qoyulması gedişinin nəticəsidir ki, bu prosesin sonunda erməni siyasi kimliyi və onun potensialı Njdenin dediyi kimi ifadə edilir. Bəllidir ki, erməni varlığının yeni mərhələdə hər hansı şəkildə kənarda tutulması mümkün olmaz, çünki armenizm milli inkişafın əsas komponentidir, ondan imtina etmək, onu cəmiyyətin əsas ünsürü olmaqdan kənarlaşdırmaq zərərli nəticələrə gətirib çıxarardı. Və hələ də bu fikir mübahisə doğurur ki, ermənilərin özlərinin məqbul hesab elədikləri bi milli sistem zərərlidir yoxsa yox. Sivilizasiyanın bu yeni mərhələsində zəruri artım üçün armenizm yeni domain rolundadır, buna görə də şərait də yetişdirilmişdir, ayrı- ayrı şəxslərin düşüncə sistemində onun detalları ideoloji təlim üçün yetərli qədər işləyə bilir. Ermənilərin bundan başqa bir nəzəriyyələri yox kimidir. Bu zərərli də olsa nəzəriyyədən yapışmaq zorundadırlar. Onlar dünyanın müxtəlif ölkələrinə yayılmış erməni diaspora təşkilatlarını birləşdirmək üçünbundan yaxşı nəzəriyyəyə malik deyillər. Erməni milli mənliyini, milli kimliyini təyin etmək üçün tarixi keçmişə nəzər nəzər salsaq görərik ki, elə Erməni tipi də erməni milli özülü üzərində qurulmuşdur. Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən Erməni bayramında axtarmağın daha məntiqli olduğunu iddia edənlər də var. Bu tip ideoloqlar keçmiş Ermənistana dönməklə milli özünüdərki möhkənləndirmək istəyirlər. Amma bunun mümkün olacağı çətin ehtimaldır. Qədim və ya keçmiş adlandırılan “Ermənistan” xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən iddiadan başqa bir şey deyildir, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə suni baxış olacaqdır. Tarixdə mövcudluğunu bildiyimiz “Armeniya” nın bu gün Ermənistan deyilən dövlətə və “hay” deyilən millətə heç bir aidiyyatı yoxdur. Bu artıq sübut olunmuş mövzudur, ermənilərin bu “Armeniya”nı özününküləşdirmək çəhdi uğur qazanmır. Diqqətli Qərb alimləri bu cəhdlərə gülürlər. 301-ci ildə Xristianlığı qəbul etdikləri iddia olunan Ermənilər bunaqədərki bütün məbədləri yıxıb dağıtmışdılar,onun yerinə isə heç bir şey yarada bilməmişdilər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün yaşadıqları məkanları bu dinə( və ya dinlərə) sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişlər. Başqa sözlə, xristianlıq bir millət olaraq ermənilərə fərqli görünüm verməmişdir. Milli ideolojiləri də Xristian dini ilə sıx bağlı olmamışdır. Indi İrəvan yaxınlığında, təxminən onun 32-ci kilometrliyində yerləşən Qarni məbədinə bir neçə min Erməninin toplaşaraq Vardavar bayramını kutlayarkən demək istəyirlər ki, əsil Ermənilər onlardır və dinləri də Xristianlıq deyil, bax bu dindir. Çox qəribədir ki, onlar bu bayramı Xristian təqvimlərinə də daxil etmişlər. Burada qəribə bir məntiqsizlik yaranmırmı? Amma bu təriqət sahibləri özləri üçün müqəddəs kitab da yaratmışlar. 1990-cı ildə Slak Kakosyan adlı təriqət rəhbərinin kitabı yayılmışdır. Baxın, bu Camaata aidliyi ilə öyünən ideoloqlardan biri Zöhrab Petrosyan nə fikirdədir: “Biz ermənilər bilmirik ki əsil dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil”. Ermənilərin hamısı bu dində səmimi deyillər. Vardavar bayramında aktiv iştirak edənlərdən biri- “Erməni –Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyan Erməniləri Xristianlıqdan imtina etməyə səslədiyinə görə, 2005-ci ildə 3 il həbsə atılmışdır. O həm də xalqı yəhudiləri məhv etməyə səsləmişdi. Avetisyan və onun silahdaşları əyinlərinə Erməni irqçi ideoloq Garesin Njdeni rəsmi çəkilmiş qara köynəklə gəzirlər. Xatırladaq ki, Garegin Njde 1886-1955 illərdə yaşamış Erməni şovinist ideoloqu olmuşdur. O əldə silah Türklərə və hətta bolşeviklərə qarşı vuruşmuş və Erməni milliyyətçiliyinin əsaslarından bəhs edən əsərlərin müəllifi olmuşdur. Bu şəxsin ideyaları əsasında Erməni İnqilabçı Federasiyası-Daşnaksütyun və o cümlədən Ermənistan Respublikaçılar Partiyası da daxil olmaqla bir çox siyasi təşkilatların platforması müəyyənləşdirilmişdir. İndi də ideoloji mərkəzlər onun təlimlərini əsas götürürlər.“Erməni Arılar Ordeni” adlı örgütdən başqa Erməni milli bayramında – Vardavarda adını çəkdiyimiz siyasi təşkilatların rəhbərliyində olan şəxslər də iştirak edirlər. Erməni nasionalizminin kökünün xristianlıqdan daha öncələrə dayatmaq həm də siyasi məqsəd güdür.
Erməni ideoloqlara görə ermənilik, yəni armenizm onu şərtləndirən üç mühüm 3 mahiyyətlə bütövləşir:
1. Milli özünəxaslıq , güclü ruh halı
2. Yenə milli özünəxaslıq , qüdrətli dil
3. Yenə milli üzünəxaslıq, qüdrətli din
Hesab olunur ki, bu üç komponent milli dəyərlərin qorunub saxlanmasında da xüsusi rol oynamışdır.
Ermənilik ideologiyasının banilərindən olan Garegin Njde deyərkən: “Erməni çox erkən zamanlardan xristianlığı “erməniləşdirmişdir” və ya “Erməninin əsil dini ermənilikdir”- bax bunları nəzərdə tuturdu. Erməni özündən kənarda yaşananlara qətiyyən diqqət etmədən yalnız özünü fikirləşmişdir. Onun düşüncəsinə görə xristianlığa qədərki erməni daha cəsur, daha ağıllı və təmkinli olmuşdur. Erməni xalqının formalaşma prosesini ən qədim əsrlərdə axtaran Njde və digər erməni ideoloqlar bəzi dialektik gerçəkləri unudurdular. Bəllidir ki, bir millətin adı o zaman meydana çıxır ki, onun bəlli tarixi, torpağı, ortaq tarixi yaddaşı, ictimai mədəniyyəti, ortaq bir iqtisadiyyatı olsun, o millət ortaq qanunları, hüquq və vəzifələrini paylaşan bir insan birliyinə malik olsun. Millət, etnik kimliyi olan bir birlikdir. Bu gerçəkdir ki, dediyimiz parametrlərə erməni milləti uzun əsrlər sahib olmamışdır. Onlar bir millət olaraq başqa bir toplumun içində yaşamağı, təbiri caizsə, “ baş girələməyi “ tərcih etmişlər. Onların məşhur bir ata sözü var: Որ տեղ հաց- այն տեղ կաց (vor teğ hats, ayn teğ qats – harda çörək varsa orada qal ). Erməni üçün heç zaman Vətən anlayışı olmamışdır. Onu maraqlandıran tək şey qarnının tox olmasıdır, indi bütün dünyaya yayılmalarının da tək səbəbi də budur, bunun 1915 Təhciri ilə heç və qətiyyən əlaqəsi yoxdur. Erməni milləti haqqında bu gün danışarkən onun kökünü qədimlərdə axtaranlar da dərindən dərinə yanılırlar. Xristianlıqdan qabaq da , sonra da erməni adı ilə qələmə verilən xalqın ən azından bugünkü haylara heç bir aidiyyatı yoxdur. Nə dil baxımından, nə etnik, nə mədəni baxımından bu gün erməni olaraq bildiyimiz millətin yaxından- uzaqdan heç bir əılaqəsi yoxdur. Eyni cür də tarixdən bildiyimiz Armeniyanın bu haylarla, Hayastanla heç bir bağlılığı yoxdur. Ermənilərin bu gün iddia etdikləri ərazilərdə, ermənicə “Հայոց Լեռնաշխարհ”da minlərlə millətlər yaşamışdır, yəni Şərqi Anadolu tarix boyu minlərlə millətin məskunlaşdığı çoğrafi ərazidir. Bu gün orada kim yaşayırsa onundur. Bunun əksini iddia etmək artıq insanlıqdan kənar bir hərəkət və milli ve genetik xəstəlikdir. Tarixdə belə örnəklər çoxdur. Çağdaş dünyamızda rast gəlinənləri də tarixi bənzərlik hesab etməliyik. Yeni yaranan Amerikan milləti belə köklərini yerli amerikalılarla ( qırmızıdərililərlə, hindularla) birləşdirərək milli kimliklərini təsdiq etməyə indinin özündə də çalışırlar. Bunda nə qədər başarılı olacaqlar bu artıq gələcəyin işidir. Eyni zamanda da teritoryal-ərazi birliyi anlayışı var . bu da ermənilərə aid oluna bilməz. Ermənilər lap 1915- ə qədər Osmanlı dövlətinin heç bir vilayətində say çoxluğuna malik olamamışlar. Bir ölkə çərçəvəsində formalaşan əlaqələrə yalnız tarixi aspektdən yanaşılsa görünər ki, bunlar simvolik bağlılıqlar olmuşdur və millətlə bu bağlılığın məsafəsi zaman içində əhəmiyyətini itirmişdir. Və millətlər, müəyyən torpaqları olmadan millət sayıla bilməzlər. Ermənilərin tarix boyu torpaqlara malik olmamışlar. Yəni tapusu onlara aid heç bir hektar da torpaqları olmışdır. Yaşadıqları ərazilərdə torpaqlar onlara ya icarəyə verilmiş, ya da yardarlığa. Başqa bir deyişlə millətlər hər vaxt etnik “ünsürləri” içinə ala bilərlər, amma bununla belə onların da coğrafi sərhədləri olmalıdır. Etnik birliklər, bir millətin sahib olduğu bir çox xüsusiyyətdən məhrumdur. Etnik “öz” coğrafi məmləkətlərində mütləq deyildir ki, iqamət etsinlər, buranın vahid milləti sayılsınlar. Amerika Birləşmiş Ştatları, Argentina və Avstraliya kimi bəzi dövlətlərdə, millətlər dalğalar halında gələn (əsasən avropalı) immiqrantların mədəniyyətlərini bir araya gətirmək istiqamətində uğurlar əldə edə biliblər. Budur, ayrı- ayrı millətlərdən yeni bir millət ortaya çıxmışdır: amerikalı, argentinalı, avstraliyalı. Amma ermənilər bu ölkələrin və yeni millətlərin içində belə özlərini fərqli tutur və bütün gücləri ilə çalışırlar ki, öz “erməniliklərini” onların kənarına daşısınlar. Amerikanın hansıa Ştatında artıb çoxalarkən ortaya iddialar qoyurlar. ABŞ-a gəlib yerləşən və sayca ermənilərdən qat-qat çox olan millətlərin heç biri ortaya milli iddialar qoymurlar. Onlar ölkə yararına gördükləri hər hansı bir iş üçün də minnət qoymurlar, amma ermənilər minnətsiz etmirlər. Seçkidə vətəndaş olaraq iştirak edərək kiminsə lehinə səs verərkən belə səs verdiyi adamdan istədiklərini almağa çalışırlar. Ya da seçkidən öncə şərtlərini irəli sürərək sonra səs verirlər. Amerikanın Prezidenti Barak Obama hər il 24 Aprel öncəsi “çarmıxa çəkilir” ki, hansısa görüşdə demisən ki, başkan olsam “erməni soyqırımı”nı tanıyacağam. Bu vəziyyət müasir millətlərin hər hansı birində mövcud deyildir. Məsələn, Azərbaycan türkləri müəyyən bir ölkəyə yaşamağa gedərkən həmin ölkəyə hər mənada inteqrasiya proseslərini digər millətlərdən daha tez yaşayırlar, həmin ölkənin qanunlarına uyurlar, erməni isə yox. Bu onların etnik nüvəsindən irəli gəlir, milli kimliyin problemli olduğunu göstərir. Tarixi baxımdan ilk millətlər, etnik nüvələr əsasında meydana gəlmişdir və mədəni baxımdan təsirli və güclü olan bu millətlər, sonralar dünyanın başqa bir çox yerində millət qurma prosesində nümunə təşkil etmişlər. Anadoluda uzun əsrlər yaşamalarına baxmayaraq və ayrı- ayrı imperiyaların içində yaxşı yaşamanın nə demək olduğunu bilmələrinə baxmayaraq ermənilər heç bir millətin yaradılışında və formalaşmasında müsbət rol oynamamışlar. Bunun nədən belə olduğunu erməni alimləri özləri də müxtəlif cür yozmağa çalışmışlar. Dərhal hakimiyyətsizlik faktorunu ortaya atmağa çalışırlar. Başqa zaman qürrələnirlər ki, tarixdə bizim qüdrətli dövlətimiz olmuşdur, bu məsələnin üstünə gələndə ki, sizin dövlətiniz olmamışdır, bəhanə axtarırlar və tapırlar. Deyirlər ki, “bizim dövlət qura bilməməzin günahkarı Türklərdir”, “Bizim dövlətimiz olsaydı dünyaya daha çox töhfə verərdik” ,“biz yalnız özümüzü qorumaq instinqti ilə yaşadıq” və s. Bu iddiaların da her birinin məntiqi cavabı var. Sual da verə bilərik. Türklərin Anadoluya kütləvi axınlari 1071 Malazgirt savaşından sonra başlamışdır. Erməni belə qədim və güclü məllət idisə ona qədər niyə dövlətini qura bilməmişdi? Ermənistan adının Hayastan ilə və erməni sözünün Hayk ilə əlaqəsi olmadığı qəbul edildikdə, bu xalq adını haradan və nə səbəblə almış olursa olsun, Ermənistan adlandırdıqları məkanın harasında qədim tarixlərdə yaşamış bütün birliklərə Erməni deyilmiş olması nə qədər normaldırsa , bu erməni dediyimiz topluluğun , bu gün bu sözdən anladığımız mənada yəni Hayk, ya da Hay mənasında erməni olduqlarını qəbul etməyin o dərəcə anormal olacağı ortaya çıxar. Bunun nəticəsi olaraq da, yazılı sənədlərdə erməni adının ilk keçdiyi gündən bəri bu bölgədə, bu günki anladığımız mənada ermənilərin yaşamış olduqları düşüncəsi dərhal iflas edəcəyinin fərqinə varmalıyıq, çünki erməni olan cəmiyyətin bu bölgəyə gəldiyi tarix, yerləşdiyi dövrlər və əsrlər toplu yaşadıqlarından xəbər vermir. Yenə də bu faktı qabartmaq məcburiyyətindəyik ki, ermənilər Anadolunun heç bir bölgəsində çoxluq təşkil etməmişlər. Bu bölgə ilə coğrafi termin olaraq istifadə olunan “Ermənistan” (Armenia ) heç də bu xalqın varlığının işarəti deyildir. Bir az da dərinə getsək, Armenianın hudutlarının eyni olması üçün hər hansı bir səbəb olmadığı da ortaya çıxar. Bu sadə səbəbdən ki burada ən qədim dövrlərdən müxtəlif xalqların sıx şəkildə məskunlaşdığı ərazilərdi. Buranı bir xalqa aid etmək özü saxtakarlıqdır. Hətta istənilən milli dövlətin ərazisi onun özünə aid edilə bilməz. Dövlətlətin formalaşmadığı dövrlərdə bu ərazilərdə yaşayan xalqların bu gün orada məskunlaşanlar qədər haqqı var. Bu gün Ermənistanda erməni dediyimiz toplum yaşayır. Məgər bu ərazilərə orada min illər boyu yaşamış insanların haqqı yoxdur. Ermənilərin qonaq kimi gəldikləri Qarabağda yaşama haqqı varsa, bu tanınırsa, İrəvan xanlığının ərazilərində bu yeri hər hansı səbəbdən tərk etmiş Azərbaycan türklərinin də yaşama haqqı var. Ermənilik ideolojisində əsas şey erməniləri dünyanın ən qədim, ən sivil, ən ağıllı , ən istedadlı, mehriban, ən barışsevər, ən fenomenal xalqı olmasını təqdim etməkdir. Həm də ermənilər dünya üçün çox boyük xidmətlər vermiş ,ç ox simalar yetişdirmiş xalq olmuşlar. – Onların ideologiyası, təbliğat ikiüzlü deyil. Eyni zamanda onlar dünyanın ən məzlum və çoz məşəqqətlər görmüş millətidir. Hətta dünyada ilk Soyqırımı da onlara tətbiq edilmişdir. Ona görə ki, onlar ali irqdən olmuşlar, ali irqdən olmayanlar bu millətin onlardan öndə olduqlarından çox narahat olmuş və onları qırmışlar. İndi istənilən erməniyə bu sualı versən ki, siz nədən bu soyqırıma məruz qaldınız? Cavabı bu olar ki, “bizi gözləri götürmədi”. Bu erməni İdeoloji Ağacının əsas silahıdır. Bu çeşidli fəaliyyət sahələrinə paylanmışdır. Amma Ermənilik bütün ideolojilərdən, ayrı-ayrı şəxslərin baxışlarından yuxarıda böyük bir təlim olmuşdur. Heç bir erməni mütəffəkir, siyasətçi və ideoloq bu təlimin kənarına çıxmamışdır. Ermənilik hər şeydən üstün durumda olduğundan bütün ideoloji təlimlərin mayasında bu durmuşdur.
Ermənilik özündə nəyi ehtiva edir? Erməniliklə bağlı hazırlanan bir proqramada yazılanlar. Görün onlar nələri hədəfləyirlər. Nələr etmək istəyirlər.
1. Öncə özümüz, ermənilər üçün: Dünyanın və bizim qonşuların hamısından üstünük, həm də mədəniyik, bizim qonşular- türklər (ərəblər, farslar, gürcülər, livanlılar və s.) köçəridirlər, vəhşidirlər, buna görə də bizi hər zaman məhv etmək istəyiblər. Belə ki, biz məcburuq bəzi xalqları , ilk növbədə düşmənlərimiz Türkləri məhv etmək yolunu seçmişik. Və doğma erməni torpaqlarımızı Türklərdən azad edəcəyik, Qərbi Ermənistanı onların əlindən mütləq alacağıq. Biz güclü dövlət qurub nəhayət, bütün erməni xalqının arzularını yerinə yetərəcəyik. ” Dənizdən dənizə Böyük Ermənistan”ı (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi arasınada olan torpaqlar) quracağıq.
2. Xristian dünyası üçün: Ermənilər yalnız xristian olduqları üçün Asiyadan gələn köçərilər bizi məhv etmək istədilər, indi də bizi tamamən məhv etmək üçün bu yoldan, bu məqsəddən vaz keçməmişlər. Avropa , Amerika üçün Erməni xalqının özü , onun mədəniyyəti, incəsənəti, dili bir möcüzədir. Buna görə də sivil dünya əzabkeş erməni xalqını mühafizə etməyə borcludur. Bu zalim Türklərlə (gürcülərlə, ərəblərlə və b). mübarizədə ona yardım etməlidir.
3. Ruslar üçün: Yuxarıdakılar eynən bu bölümə də aiddir. Bunlara yalnız aşağıdakı əlavə edlə bilər:Ermənilər və Ruslar iman qardaşlarıdır, ermənilər ruslar üçün təbii müttəfiqdir, daimi dostlardır. Ona görə də həmişə Rusiya erməniləri qorumalıdır.
4. Yəhudilər üçün: Ermənilər və yəhudilər iki qədim xalqlardır, Nuhdan gələn qardaşlardır, onlar ən müdrik və əzabkeş millətlər olmuşlar. Buna görə də, onlar bir yerdə olmalıdırlar, bir birinə nəinki zərər verməli, əksinə ən səmimi müttəfiq kimi davranmalıdırlar, həmişə bir-birinə kömək etməli, birlikdə olmalıdırlar.
5. Azərbaycanlılar üçün (və gürcülər üçün – ermənilər 1919-cu ildə onlarla mühariə etmişlər): Ermənilər – azərbaycanlılarla (gürcülərlə) əbədi qonşulardır, bir yaşamışıq və qardaş xalqlar kimi yaşayacağıq. Və bütün münaqişələrdə, onların arasında müharibələrdə xarici qüvvələrin suçu var, bu müharibə onlara ( işarə Rusiya, Amerika, Fransa və s-dir) lazımdır ki, digər ölkələr günahlandırır. Belə ki, azərbaycanlıların məruz qaldıqları vəziyyətdə ermənilərin günahı yoxdur, onlar eyni taleyin qurbanlarıdır. Amma Dağlıq Qarabağ və iddia edilən digər torpaqların ( Naxçıvan da daxil olmaqla )ermənilərdə bulunması barışın əsas şərti olaraq qəbul edilməlidir. Hər iki xalq (?) düşünüb- daşınıb bir- biri ilə barışacaqlar, bir- birinə qonaq da gedəcəklər. Çox maraqlıdır ki, bəzi azərbaycanlılar ermənilərin ortaya atdıqları bu ideyanı bəyənir və torpaqların işğalı ilə barışmaq yolunu tuturlar. Sanki bu çox cəlbedici bir ideyadır və gec-tez bu qaçılmaz olacaq. Gürcülər isə Cavaxetiyanı (Ahıska ) ermənilərə verməlidirlər.
Erməniliyin mahiyyəti aşağıdakı kimi ümumiləşdirilmişdir. Ermənilik mədəni bir ideolojidir, mahiyyəti etibarı ilə də sivil və demokratikdir. Ona görə də uzun əsrlər davam edir və qarşıya qoyulan məqsədə də gec- tez nail olunur.
Budur Armenizmin İnanc Simvolları:
Şəhadət: ” Mənim iradəmi dinlə Hayk!
Şəhadət: – Bizim Allah birdir. Ona bərabər kimsə yoxdur!
Şəhadət: – Onun qanunları başımızın üstündədir!
Şəhadət: – Onun həqiqəti başımızın üstündədir!
Şəhadət: – Onun ədaləti başımızın üstündədir!
Şəhadət: – Onun Müqəddəs Evi göylərdə və yerdədir!
Şəhadət: – Qanımız Ona halaldır!
Şəhadət: – Bizim ruhumuz onundur!
Şəhadət: – İlahinin gücü məndədir!
Bütün yalanları rədd edirəm! hoğotsn hangutselots “. ( հողոցն հանկուցելոց)
Bunu ucadan söyləyən Şahidlər (Վկայություն) Varislərə (Ժարանգ) çevrilirlər, Onlar Böyük Yaradanın atalarımıza bəxş etdiyi irsini davam etdirirlər (Աստծու Փարք ժարանգում).
Erməni tarixində və milli sivilizasiyasında Armenizmin mənşəyini araşdırarkən onu – “milli”, yəni erməni tarixi və mədəniyyətindən, xristian ideologiyasının ruhundan kənarda düşünmək olmaz. Bilik və inanclar sistemi kimi Ermənilik (Armenizm) ideoloji ilə yüklüdür və özünü qoruma istiqamətindədir. Həmçinin bu ideologiyanı erməni millətinin dövlət anlayışı ruhunda formalaşmağa meyllidir. Ümumən xristianlıq birləşdirici xüsusiyyətə malik bir dindir. Amma yuxarıdakı inanc sisteminə əsaslansaq Armenizm Məsihin İlahiliyini qəbul etmir, inkar edir. Armenizm vaazı da inkar edir. Armenizm Köhnə və Yeni vəsiyyətnamələri də inkar edir. Armenizm Xristianlığı anti-milli və anti-dövləti ideologiyasını qəbul etməyən bir din hesab edir. Ona görə də bəzi hallarda Armenizmi Dindən önə keçirir. Bu mənada ermənilərin xristianlığı ta erkən əsrlərdən (301-ci il ) qəbul etməsini səmimi bir yakalşım olaraq qəbul etmək mümkün deyilş Ermənilər xristianlıqdan da öz məkrli məqsədlərini yerinə yetirmək üçün sui-istifadə etmişlər. Onları başqa xalqlarda olduğu kimi səmimi xristian təəssübkeşi saaymaq yanlışlıq olardı. Yaşadıqları bütün əsrlərdə və dövlətlərin tərkibində onlar yalnız milli mənafeleri qədərincə xristian olmuşlar. Bu gün də elədir. Onlar lazım gəlsə istənilən dinin daşıyıcısı olaraq çıxış etməyə hazırdırlar. Lazım gəlsə lap bir anın içındə din dəyişikliyinə də gedə bilərlər. Erməni üçün müqəddəs din yoxdur. Başqa mənada armenizm vardır. Bu mərhələdə biz yalnız Armenizmi ideologiya kimi yayan və təbliğ edən bir nəzəriyyə saya bilərik. Təkamül baxımından isə əlbəttə, “… təcrübədə həyata keçirilməsi ” mümkün olmayan bir plan olaraq görə bilərik. Armenizmin əsas məqsədlərindən biri – öncə Milli ruhu aşılamaq, sonra isə onu Dini ruhla birləşdirməkdir. Bu Erməniliyin çox zaman Diasporda bir olmaq istəyindən irəli gəlmiş və onu Dinlə, Xristianlıqla bağalamağa səy göstərmişlər. Yenə də milli mənfəət Dindən önə keçmişdir. Bəlkə də erməni millətinin aşırı dərəcədə millətçiliyə yuvarlanmasının ən ümdə səbəblərindən biri budur.
Dr. Qafar Çaxmaqlı
“KarabakhINFO.com”