Azərbaycanca

Armenizm və din

06.01.2013 | 16:32

1361012225_qafarErməni tarixində və milli sivilizasiyasında Armenizmin mənşəyini araşdırarkən onu – “milli”, yəni erməni tarixi və mədəniyyətindən, xristian ideologiyasının ruhundan kənarda düşünmək olmaz. Bilik və inanclar sistemi kimi Ermənilik (Armenizm) də ideoloji ilə  yüklüdür və özünü qoruma istiqamətindədir. Həmçinin bu ideologiyanı erməni  millətinin  dövlət anlayışı ruhunda formalaşmağa meylli qüvvələr vardır. Ermənilərin tarixdə heç zaman müstəqil dövlətləri olmadığından hər zaman ideolojini bu anlayış üzərində qurmuşlar.

Ümumən xristianlıq birləşdirici xüsusiyyətə malik bir dindir. Amma  yuxarıdakı  inanc sisteminə əsaslansaq Armenizm Məsihin İlahiliyini qəbul etmir, inkar edir. Armenizm vaazı da  inkar edir. Armenizm Köhnə və Yeni vəsiyyətnamələri də inkar edir. Armenizm Xristianlığı anti-milli və anti-dövləti ideologiyasını qəbul etməyən bir din hesab edir. Ona görə də  bu xüsusiyyəti bəzi hallarda Armenizmi Dindən önə keçirir. Əslində burada da ideologiya önə keçmişdir.

Tanrıçı fikirlərin mənəvi və dini mədəniyyətində özünə mühüm yer tutmuş xaç,  əslində Georginin köməyi ilə Armeniyaya, Yunanıstana, Romaya, nəhayət, bütün Avropaya yayılmışdır. Bu, məhz IV əsrdə baş vermişdir. Bundan sonra bərabərtərəfli xaç Qafqaz Albaniyası və İveriya üzərində də özünü əks etdirməyə başladı. Müasir Azərbaycan alimlərindən olan  Nizami Tağısoy isə hesab edir ki, ermənilər din məsələsində də saxta yola baş vurmuşlar. Onların  Qroqorini erməni olaraq qələmə vermələri yanlışdır.Mənşəcə fars olan Qriqori 257-ci ildə anadan olmuşdur. O, Parfiya çarı nəslindən olan Anakın oğludur. Anak saray münaqişələri zəminində Armeniya çarı Xozroyu qətlə yetirmişdir. Ənənəyə görə çarı öldürənin nəsli məhv edilməli idi. Belə gərgin məqamda ana öz körpəsini cəlladlardan xilas edib, təqibdən gizlənə bilir. Təsadüfən rəhmdil, həm də zəngin, varlı-hallı, əsil xristian Sofiya adlı bir qadınla rastlaşır. O, böyük məmnuniyyətlə uşağın böyüməsi və tərbiyəsi ilə məşğul olur.Taleyi bu uşağın üzünə lap əvvəllərdən gülür. Onun nəcibliyi və alicənablığı insanları özünə daha çox cəlb edir. Qriqori az bir zamanda məşhurlaşır, şöhrəti tezliklə hər yanı bürüyür. Ona çoxları həsəd aparır, qısqanclıq edirlər. Hakim dairələr daha çox narahat olduğundan, sanki birdən (30 mart 287-ci ildə) atasının əməllərini Qriqoriyə xatırladıb, bu məşhur vaizi ölkədən sürgün etmək qərarına gəlirlər. Qriqori böyük şöhrətə malik olduğundan o dövrkü Armeniya (indiki Ermenistan deyilən qavrama aidiyyatı qətiyyən yoxdur) çarı Tiridat onu öldürtdürə bilməzdi. Bu, ölkədə narazılıq dalğası yarada, ölkədaxili münaqişələrə səbəb ola bilərdi. Armeniyada  onun zindana salınması da dövlət başçısına nüfuz gətirə bilməzdi  (məhz bu dövrdə Qriqorinin ziyası, işığı az qala bütün dünyaya yayılmışdı). Qriqorini Romaya göndərmək də səmərəsiz olacaqdı, onu artıq orada da yaxşı tanıyırdılar. Parfiyaya qaytarılma isə onun öz ölkəsində qəhrəman kimi qəbul edilməsi üçün münbit şərait yaradacaqdı. (Tağısoy Nizami Etnos və epos: Keçmişdən bugünə-2005,səh.338- 339) 

Yeganə çıxış yolu Qriqorini Türklərin içinə sürgün etməkidi (Yəqin onu buraya sürgünə göndərməkdə Tiridat türklərin Qriqoriyə qarşı amansız olacağını güman edirmiş). Bu faktın özü də tarixşünaslıqda Türklərin bu ərazilərdə neçə-neçə min illər öncə yaşadıqlarını təsdiq edən önəmli faktdir. Bir çox türk qövmləri məhz həmin zamanlarda xristianlığı qəbul edərək bu xalqlarin içərisində ərimişdir.  Gözlənilənlərin  əksinə olaraq Qriqori türklərin içində özünü heç də narahat hiss etməyib.  Bu həm də ondan irəli gəlmişdir ki, türklər təkallahlılığa, təktanrıçı dinlərə hörmətlə yanaşmışdır. Buna baxmayaraq türklər sürgün qaydalarına uyğun olaraq Qriqorini digər əsirlər kimi dərin kahada saxlamalı idilər. 15 illik sürgün başa çatdıqdan sonra (15 iyun 301-ci ildə) türklər Qriqorini azad edirlər. O, Armeniyaya daha ziyalı, işıqlı, maariflənmiş kimi qayıdır. Türk sürgünündə olduğu illər onun üçün heç də əbəs yerə ötməmişdir. Qriqori Armeniyanın ilk katolikosu elan edilir.  V əsr yazarı Favstos Buzandın “Armeniya tarixi” kitabında da məlumatlar vardır.( Հայ գրականություն, 9-րդ դասարանների համար, Երևան-2008) Bu mənada ermənilərin xristianlığı ta erkən əsrlərdən (301-ci il ) qəbul etməsini səmimi bir yakalşım olaraq qəbul etmək mümkün deyil. Ermənilər xristianlıqdan da öz məkrli məqsədlərini yerinə yetirmək üçün sui-istifadə etmişlər. Onları başqa xalqlarda olduğu kimi səmimi xristian təəssübkeşi saymaq yanlışlıq olardı. Yaşadıqları bütün əsrlərdə və dövlətlərin tərkibində onlar yalnız milli mənafeleri qədərincə xristian olmuşlar. Bu gün də elədir. Məşhur türk tarixçisi Yusuf Halacoğlu uzun müddətli araşdırmalar nəticəsində bu qərara gəlmişdir ki, ermənilər Osmanlı dövlətinə xəyanətlərinin bədəlini ödəyərkən onlara qarşı olan müəyyən basqılara görə ermənilər hətta min illik inanclarından belə imtina edərək müsəlmanlığa keçmişlər. Türkiyədə 500 min Kripto erməni olduğunu söyləyən  eski TTK başkanı prof. Yusuf Halaçoğu, “Şəxsiyyətini gizli saxlayan bir çox ermənilər , kürd və ya alevi kimi qələmə verilir” deyir. Tehcir sonrası Türkiyədə qalan erməniləri üç qrupa ayırmaq mümkündür. Bunlardan birincisi  Erməni övladlıqlardır. Bunların əhəmiyyətli bir qismi tamamilə Müsəlman  kimliyini mənimsəyib yaşatmışlar. Bu erməni övladlıqlar nə bu gün, nə də dünən terrorun parçası olmadıqları kimi, bu cür iddiaları özlərinə hörmətsizlik sayırlar. Bu şəkildə övladlıq verilmiş erməni dönmələrin Türkiyədə  sayı 60 mindən çox deyil. Amma Azərbaycanda bu fərqli formadadır. Sovet zamanında ermənilərlə ailə quran ailələrin sayı bəlli olmasa da belə bir iddia var ki,  Dağlıq Qarabağın yanı sıra Azərbaycanda 30 minə qədər erməni var ki, onların da böyük hissəsi gizli ermənilər hesab oluna bilər.( Bu gün MM də ona qədər millət vəkilinin erməni olması barədə iddialar şişirdilsə də əsassız da deyildir).  Belə halda adətən ermənilər ad- soyad dəyişikliyinə gedirlər və onların kimliyi bəlli olmur. Bu isə gələcəkdə təhlükəli nəticələrə səbəb ola bilər. Hətta gizli bir erməni və ya onun qarışığı, dönməsi  hakimiyyəti də ələ keçirə bilər.

İkincisi qrupa bunlar aid edilə bilər.  “Gizli Xristianlar” olaraq bəhs olunan  “Kripto Ermənilər” və ya “Gizli Ermənilər” adıyla da xatırlanan bu qrup 1915 Tehcirinden xilas olmaq üçün müsəlman olmağı seçmiş ailələrdir. Amma  onların bəziləri həm də  Gregoryan Xristian ənənələrini davam etdirmişlər. Şərqi Anadoluda  onlar çoxluq  təşkil etsələr də Türkiyənin hər tərəfinə  yayıldıqları bir gerçəkdir. Mühtedi (müsəlmanlığa dönən) ermənilərinin sayının 100 minə çatdiğı təxmin edilir. Üçüncü qrupa isə Türkiyədə yaşayan Gregoryan ermənilərini aid etmək olar. Bu gün 60 minə ulaşdığı sanılan Ermənilər əsasən İstanbulda yaşayırlar. Onlar lazım gəlsə istənilən dinin daşıyıcısı olaraq çıxış etməyə hazırdırlar. Lazım gəlsə lap bir anın içındə din dəyişikliyinə də gedə bilərlər. Erməni üçün müqəddəs din yoxdur. Başqa mənada, armenizm vardır. Bu mənada  biz  Armenizmi ideologiya  olaraq yayan  və təbliğ edən bir nəzəriyyə də adlandıra  bilərik.  Təkamül baxımından isə  əlbəttə,  “… təcrübədə həyata keçirilməsi ”  mümkün olmayan bir plan olaraq görə bilərik. Armenizmin əsas məqsədlərindən biri –  öncə Milli ruhu aşılamaq, sonra isə onu Dini ruhla birləşdirməkdir.  Bu Erməniliyin  çox zaman Diasporda bir olmaq istəyindən irəli gəlmiş və onu Dinlə, Xristianlıqla bağalamağa səy göstərmişlər. Yenə də milli mənfəət Dindən önə keçmişdir. Bəlkə də erməni millətinin aşırı dərəcədə millətçiliyə yuvarlanmasının ən ümdə səbəblərindən biri budur. Öncə millət- sora din. Armenəzmin təməl fəlsəfəsi budur.

Erməni Kilsəsini  Ermənilər tam olaraq Tək ( Müqəddəs- Սուրբ), Apostoloik (  Առաքելական) və Katolik  Ermeni Kilsesi ( Կատողիկէ adlandımaqdadırlar.  Bu dinin  Müqəddəsliyi onun tək olmasındadır. Onun apostolikliyi bu Kilsələrin havarilərdən sayılan Tadey və Bartelemoya dayandırılmasındadır. Katolikliyi isə  bəşəriliyi ifadə etməsindədir. Aziz Qriqor Lusavoriçin Kilsəni rəsmən qurmasından (314-ci il) üzü bu yana  hər kilsənin özünəməxsus adı və doktrini olmuşdur. Bu mənada Erməni Kilsələrinin fərqli ideologiya anlayışı vardır və hər bir Kilsə bulunduğu məkanın siyasətinə uyğun olaraq da bəlli təlim oluşdurmuşdur.

Kilsə etnografik olaraq erməni adını alarkən doktrina olaraq da Lusavorçagan ( Լուսավորչական-işıqlandırılmış), qurucusunun adına  Grigoryan və ya ‘doğru yolda olan’ mənasında Ortodoks ( Ուղղապար-Uğğapar) kimi adlarla xatırlanmışdır. Ermənilər arasında xristianlıqdan əvvəlki ən məşhur olan dinin Zərdüştlük olduğu bilinməkdədir. Hətta bu dövrlərdən qalma və digər xristian məzhəblərində rast gəlmədiyimiz məsələn, «Madağ» deyilən qurban kəsmə kimi adətlər ermənilər arasında hələ yaşamaqdadır.

” Kilsə Erməni üçün millətə can verən ruhun yenidən dünyaya gəlməsini mümkün edən bir  vücuttur”. Ermənilər adətən Kilsələri haqqında belə söyləyirlər. Erməni  millətçi iddia və fəaliyyətlərinin barometri də  bütün dövrlərdə Kilsə olmuşdur, bütün siyasiləşdirilmiş ideyaların  hamısı Kilsə tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Əslində bu nöqtədə erməni millətindən, erməni dövlətindən və erməni tarixindən deyil, ermənilərə aid edilən Qriqoryan kilsəsinin və erməni kilsə dövlətindən bəhs etmək lazımdır. Ermənilərin , doğrudur , dövləti olmamışdır, amma mərkəzi hakimiyyəti əvəz edən kilsələri olmuşdur və indi də Eç miaiadzin Kilsəsinin, İstanbul Kilsəsinin və Kilikiya Kilsəsinin verdikləri qərarlar erməni milləti üçün dövlət qərarından daha təsirli olur. Erməni Kilsəsi mövcudiyyətini qoruya bilmək üçün daha  bir güc əldə etmək üçün bir siyasi-inzibati quruluşa ehtiyacı yalnız iki-üç əsr əvvəl dilə gətirmişdir.  Ehtiyac duyulan kimi də fəaliyyətə keçilmiş və beləcə erməni dövləti fikri ortaya atılmışdır. Dövlət yaratmaq  ideyasını erməni milləti deyil, erməni kilsəsi ortaya çıxarmışdır.  Əgər sabah erməni dövləti süqut etsə , yox olsa Erməni Kilsəsi onu əvəz etmək və milləti yenə də bir araya gətirmək iqtidarındadır. Eynən yəhudilərdə  olduğu kimi.  Fələstindən və dünyanın hər yerindən qovulmuş yəhudiləri  min illər boyu məhv olub  yox olmağa qoymayan onların dini və inancları olmuşdu… (ardı var)
Qafar Çaxmaqlı

 

 

06.01.2013 16:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*