Azərbaycanca

“Arxiv sənədlərində erməni vəhşiliklərini sübut edən yüzlərlə məxfi məlumat var”

13.05.2013 | 12:53

 1368434326_musa-qasimli Ermənilər zaman-zaman türklərə qarşı kütləvi qırğınlar, soyqırımlar həyata keçiriblər. Bu soyqırım aktları uzun əsrlər mərhələli şəkildə davam edib. Son zamanlar isə bu terror aktları vasitəsilə həyata keçirilir. Bu səbəbdən də Ermənistanın terrorçuluğu dövlətçilik siyasətinə çevirməsi təsadüfi deyil. Xocalı soyqırımı, Qaradağlı faciəsi kimi erməni vəhşilikləri dünyanın gözü qarşısında baş verib.

Erməni vandalizmi dünyanı heyrətə gətirsə də, bu barədə onlara layiqli cəza verilməyib. Amma əsrin əvvəlləri və ondan əvvəlki dövrlərdə də dəhşətli hadisələr törədilib. Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı ermənilərin türklərə qarşı törətdiyi soyqırım aktları ilə bağlı mühüm araşdırmalar aparıb və tutarlı faktlar əldə edib. Musa Qasımlı “KarabakhİNFO.com” e-jurnalına müsahibəsində bu məsələlərdən danışdı.

 

–       Ermənilərin Cənubi Qafqaza yerləşdirilməsi, Azərbaycan ərazilərinə yiyələnməsi, terror-siyasi təşkilatlarının yaradılması və azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirməsi ilə bağlı araşdırmalar aparmışam. Bu məqsədlə xeyli müddət Gürcüstanın paytaxtı Tiflis və Rusiya paytaxtı Moskvada arxivlərdə çalışmışam. Nəticə olaraq 1724-cü ildə I Pyotr fərman verildikdən sonra, 1920-ci ilə qədər olan dövrdə ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və erməni silahlı dəstələrinin törətdikləri qırğınlarla bağlı iri həcmli monoqrafiya yazılıb və başa çatdırılıb.

 

–       Monoqrafiya nə zaman nəşr olunacaq?

 

–        Bu monoqrafiyanın nə zaman nəşr olunacağı hələ dəqiq deyil. Bunun işıq üzü görməsi üçün müəyyən vəsait tələb olunur. Başqa materialların araşdırılması ilə bağlı ermənilərin Cənubi Qafqazda azərbaycanlılara məxsus torpaqlarda yerləşdirilməsi çarizm tərəfindən həyata keçirilib. Çar Rusiyası məqsədlərinin həyata keçməsi üçün özünə əlverişli bir vasitə axtarıb. Regionda aparılan müharibələr də bu məqsədlə həyata keçirilib. Çar Rusiyasının Osmanlı və Qacarlar dövləti ilə apardığı müharibələrdə erməni ünsürü çarizmə kömək edib.

 

–         Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsini konkret faktlarla  qeyd edə bilmisinizmi?

 

–         Müharibələr nəticəsində Azərbaycan bölüşdürüldükdən sonra ermənilər sistemli şəkildə Azərbaycan ərazilərinə yerləşdiriliblər. XIX əsrin ortalarından etibarən şərq məsələsi meydana çıxıb. Onun tərkib hissəsi kimi XIX əsrin 70-ci illərində “erməni məsələsi” adlandırılan proses gündəmə gəlib. Şərq məsələsi Osmanlının parçalanması üçün ortaya atılıb. “Erməni məsələsi” də həmin məqsədə xidmət edib və erməni terror-siyasi təşkilatları yaradılıb. Bu təşkilatların başlıca hədəfi “Böyük Ermənistan” yaratmaq olub və ideya olaraq böyük dövlətlərin öz məqsədlərinə nail olması üçün istifadə edilib. Həmin niyyətə nail olmaq üçün həm Cənubi Qafqazda, həm də Anadoluda kütləvi qırğınlar törədilib. 1905-07-ci illərdə erməni silahlı dəstələri bu qırğınları Cənubi Qafqazın müəyyən yerlərində törədiblər.

 

–         Qırğınların əsas məqsədi nə olub?

 

–           Əsas məqsəd “erməni məsələsini” həll etmək üçün azərbaycanlıları yaşadıqları yerlərdən qovmaq, xaricdən gələn ermənilər üçün boş sahələr yaratmaq olub. Məqsədə nail olmaq üçün silahlı terror dəstələri qurulub və sistemli şəkildə fəaliyyət göstəriblər. Arxiv sənədləri aydın şəkildə göstərir ki, erməni terror-siyasi təşkilatları İtaliya – Osmanlı və Balkan müharibələrindən yararlanaraq fəaliyyətlərini həm Anadoluda, həm də Cənubi Qafqazda həyata keçiriblər. Balkanlarda gedən döyüşlərdə Osmanlı ordusuna qarşı erməni terror dəstələri istifadə olunub. Çar Rusiyası erməni təşkilatlarının vasitəsi ilə Balkan müharibələri başladıqdan sonra daşnakları həbsxanadan azad edərək onlara şərait yaradıblar. Birinci dünya müharibəsi başlamazdan əvvəl erməni silahlı dəstələrinin yaradılması üçün planlar hazırlanıb, maliyyə ayrılıb. Osmanlı dövləti dünya müharibəsinə girməmişdən əvvəl eməni silahlı dəstələri yaradılıb. Osmanlı çar Rusiyası ilə müharibəyə girdikdən sonra erməni silahlı dəstələri hazırlanaraq Anadoluda kütləvi qırğınlar törədiblər.

 

–         Qırğınlar Anadoludan başqa daha haranı əhatə edib?

 

–          Bu qırğınların coğrafiyası Anadolunu, Cənubi Azərbaycanı əhatə edib, 1917-ci ildən Qafqaz cəbhəsi dağıldıqdan sonra, indiki Ermənistan respublikası adlandırılan ölkənin, indiki Azərbaycan Respublikasının ərazisində və Gürcüstanın bəzi yerlərində davam etdirilib. “Erməni məsələsi”ni Anadoluda həll etmək istəyən ermənilər öz niyyətlərinə Cənubi Qafqazda çatıblar. Cənubi Qafqazda heç bir zaman mövcud olmayan Ararat Respublikası qurulub. Bununla da ermənilər üçün bir dövlət yaranıb. Ermənilərin yaratdığı dövlət tarixi türk torpaqlarında qurulub. Onların paytaxtı olmadığı üçün Azərbaycan İrəvanı paytaxt olaraq ermənilərə güzəştə gedib. Ermənistan Respublikası yaranandan sonra daşnak Ermənistanında digər xalqlara qarşı kütləvi qırğınlar, soyqırımlar törədilib. Bununla da türksüz Ermənistan yaradılmasına yönəlik siyasət həyata keçirilib.

 

–         Bütün bunlar arxiv sənədlərində öz əksini tapıbmı?

 

–         Arxiv sənədlərində bununla bağlı yüzlərlə məxfi sənədlər var. Həmin sənədlər çarizmin və çarizm dağıldıqdan sonra müvəqqəti hökumətin rəsmi şəxsləri tərəfindən hazırlanıb. Onların böyük əksəriyyəti birmənalı olaraq yazır ki, törədilən qətllər üçün günah yalnız erməni təşkilatlarının üzərinə düşür. Təbii ki, bu məsələlərə dair arxiv materiallarını bir tarixçinin toplaması çox çətindir. Arxiv sənədləri yüzlərlədir. Son illərdə dünyanın bir sıra arxivlərində bu xarakterli arxiv sənədləri istfadə siyahısından silinib. Arxivlərə gedən tədqiqatçılar həmin sənədləri tapa bilmirlər. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Belə vəziyyətə mən həm Rusiya, həm Amerika Birləşmiş Ştatları Milli Arxiv və Hesabatlar İdarəsində, həm də Gürcüstan arxivlərində rast gəlmişəm. Hesab edirəm ki, həmin arxiv sənədləri ermənilərin iddialarının tam əsassız olduğunu göstərib. Ermənilər Cənubi Qafqazda aborigen xalq deyillər. Çünki onlar bu regionda öz mədəniyyətlərini, dillərini yaymayıblar. Dövlətçilik ənənələri olmayıb, kilsələrdən başqa heç bir hakimiyyət rəmzləri olan binaları yoxdur. Onlar bu regiona gəlmədilər, daim böyük güclərin əlində silah olublar.

 

 

Naibə Qurbanova
KarabakhİNFO.com

 

13.05.2013 12:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*