Azərbaycanca

AŞ-nin baş katibi azərbaycanlı girovlardan danışdı: “…çalışıram”

22.04.2015 | 10:18

Yagland_240112

Bu gün AŞ PA-nın sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland millət vəkillərinin suallarını cavablandırıb.

Trend-in məlumatına görə, Azərbaycanın millət vəkili Qənirə Paşayeva T.Yaqlandı azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb: “Cənab baş katib, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən separatçı rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Bu günə qədər bütün beynəlxalq çağırışlara baxmayaraq, onları girov saxlamaqda davam edirlər. Cənab baş katib, onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və atmağı düşünürsünüz?”

AŞ-nin baş katibi suala cavabında bu məsələnin onu xüsusilə narahat etdiyini deyib: “Mən sizin qeyd etdiyiniz bu iki məsələ ilə bağlı vəziyyətin gedişatını diqqətlə izləyirəm və bu məsələ məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bu məsələdə nə edə biləcəyimi sizə desəm, çox güman, bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, mən bu məsələni çox yaxından izləyir və vəziyyətin haradasa müsbət bir tərəfə dəyişməsinə çalışıram”.

Trend.az

22.04.2015 10:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*