Azərbaycanca

AŞPA-da Elxan Süleymanovun qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb

02.09.2014 | 21:57

IMG_3611Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan aldığımız məlumata görə, bu gün – sentyabrın 2-də AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.

 

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması “ adı ilə yazılacaq.

 

“KarabakhİNFO.com”

 

 

02.09.2014 21:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*