Azərbaycanca

“AŞPA Ermənistanın Qarabağı işğalı sözünü işlətməkdən qorxursa…”

30.09.2014 | 11:24

aspaAvropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzv olduğum Avropa Liberal Demokratik Alyansda gərgin müzakirələr oldu.  “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib.

 

 

Millət vəkilinin sözlərinə görə, əvvəlcə erməni millət vəkili Zöhrabyan, Qarabağ erməniləri üçün Azərbaycanda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi və bildirdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir. Millət vəkili Rafael Hüseynov onun cavabını verdi ki, işğalla öz müqəddəratını təyinetmə arasında fərqi doğru anlamaq lazımdır. Bir qədər sonra təkrar söz alan erməni millət vəkili Krımla Qarabağın müqayisəsinin yanlış olduğunu, bu məsələnin Şotlandiya ilə müqayisə olunmasının daha yerində olacağını dilə gətirdi.

 

 

Daha sonra Fazil Mustafa yenidən söz alıb: “Bu dəfə mən söz alaraq, bunun erməni həyasızlığı olduğunu bildirdim. Və təklif etdim ki, Avropa Şurası Ermənistanın Qarabağı işğalı sözünü işlətməkdən qorxursa, o zaman Krımın da, Gürcüstan ərazilərinin də işğalından danışmaqdan imtina edin. Ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, işğal etdikləri ərazilər boşaltsınlar, bütün qaçqınlar öz torpaqlarına qayıtsınlar, o zaman bölgənin bütün əhalisi ilə birlikdə Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər. Yenidən söz almaq istəyəndə, mən də cavab verəcəyimi bildirdiyimə görə spiker müzakirələri kəsdi”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

30.09.2014 11:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*