Azərbaycanca

AŞPA məruzəçisi AVCİYA rəhbərliyi ilə görüşəcək

16.12.2014 | 12:07

avciya loqoAzərbaycanda faktaraşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milica Markoviç bu gün “Sərsəng harayı” layihəsini həyata keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında (AVCİYA) olacaq, layihə rəhbəri və işçi heyəti ilə görüşəcək. AVCİYA-nın mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, məruzəçini səfər zamanı AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi xanım Aiste Ramanauskaite, ekspert xanım Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi, cənab Adnan Besiç müşayiət edirlər.

 

 

Dekabrın 14-də Azərbaycana səfər edən məruzəçi BMT-nin Bakı ofisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Naziriliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin rəhbər heyətilə, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirib. Sabahdan etibarən, məruzəçi və onu müşayiət edən şəxslər Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Goranboy rayonlarına səfər edəcəklər.

 

 

Xatırladaq ki, xanım Milica Markoviç AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun bu ilin may ayının 12-də AŞPA-da təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilib.

 

 

“KarabakhİNFO.com”

 

 

16.12.2014 12:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*