Azərbaycanca

AŞPA sədri: “Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

12.10.2016 | 10:07

b195868f46c6018a617b7ea90a9d403d

“Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, bu sözləri bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə qurumun sədri Pedro Aqramunt deyib.

 

Ukraynadakı vəziyyətdən danışan AŞPA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayıb: “Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr… Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər.

 

Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq”.

 

Apa.az

12.10.2016 10:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*