Azərbaycanca

ATƏT: Atəşkəsin pozulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngidir

29.10.2015 | 15:16

trend_osce_flags_240511

Oktyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in monitorinqi zamanı atəşkəs rejiminin pozulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini ləngitməyə yönəlib. Bu barədə Trend ATƏT-in yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu insident nizamlanma prosesinin pozulmasına yönəlmiş düşünülmüş fəaliyyəti ehtiva edir: “Bu, həmçinin ATƏT üçün atəşkəs rejiminin pozulması faktını araşdırmağı vacib edir”.

ATƏT-in nümayəndələri vurğulayıblar ki, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq təhlükə daşıyır: “Minaatanlar və raket qurğuları kimi ağır silahlardan istifadə qəbuledilməzdir və mülki əhali üçün ciddi təhlükə törədir. Biz günahsız mülki əhali arasında qurbanlara görə dərin təəssüf hissi keçiririk və gözləyirik ki, tərəflər zorakılıqdan çəkinmək məqsədilə tədbirlər görəcəklər”.

Məlumatda bildirilir ki, ATƏT regiona səfər zamanı təhlükəsizliklə bağlı vəziyyətin sabitləşdirilməsinə və danışıqlar üçün daha konstruktiv mühitin yaradılmasına yönəldilmiş təklifləri xatırladıb: “Biz sülh prosesinin ayrılmaz hissəsi kimi münaqişə nəticəsində zərər görən hər kəs arasında dialoqu təşviq edir və bu istiqamətdə proqramları dəstəkləyirik”.

Məlumatda əlavə edilir ki, təşkilat itkin düşənlər haqqında məlumat mübadiləsinin həyata keçirilməsini də dəstəkləyir: “Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlanmasının əsas elementlərini və digər məsələləri müzakirə etmək üçün ilin sonunadək sammit keçirmək fikrinə sadiq olduqlarını təsdiq ediblər”.

Trend.az

29.10.2015 15:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*