Azərbaycanca

ATƏT cəbhədə vəziyyəti araşdıracaq

04.06.2015 | 11:10

osce-monitoring-3-620x300

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.

Trend.az

04.06.2015 11:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*