Azərbaycanca

ATƏT-in ali komissarı: Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir

23.03.2018 | 15:18

Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir. Bunu ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zanyer Twitter sosial şəbəkəsində mətbuat konfransı zamanı Trend-in sualına cavab olaraq bildirib.

Ali komissar qeyd edib: “Davam etməkdə olan bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı fəaliyyət optimist yanaşma və prinsipiallıq tələb edir”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayıb. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlanıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktoru hələ də davam edir.

23.03.2018 15:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*