Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik. Bunu RBK-ya intervyusunda ATƏT-in yeni baş katibi Tomas Qreminger bildirib.
“Bizim xüsusi alətimiz – ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən başçılıq edilən və təmas xətti boyunca vəziyyətə diqqətlə nəzarət edən əməkdaşları olan missiyamız var. Biz son zamanlar baş verən alışmadan narahat idik”, – deyə Qreminger bildirib.
Baş katib həmçinin deyib ki, onun rolu ondan ibarətdir ki, Minsk qrupunun üç həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına yönələn səylərinə dəstək olsun.
Trend