Azərbaycanca

ATƏT-in baş katibi: Minsk qrupu tezliklə görüş keçirə bilər

12.10.2015 | 12:47

trend_lamberto_zannier_071212

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu bu payızda görüş keçirə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdim”.

L.Zannier regionda və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatlığını ifadə edib və siyasi rəhbərliklə işin zəruriliyini vurğulayıb: “Nyu Yorkda Baş Assambleya zamanı xarici işlər nazirləri ilə görüşlərimiz oldu. Payız ərzində daha bir görüş ola bilər. Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün ola biləcəyinə ümid edirik”.

Trend.az

12.10.2015 12:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*