Azərbaycanca

ATƏT-in cəbhədəki monitorinqi insidentsiz başa çatıb

22.09.2015 | 14:39

osce-monitoring-3-620x300

ATƏT cəbhə xəttində növbəti monitorinq keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq keçiriblər.

Trend.az

22.09.2015 14:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*