Azərbaycanca

ATƏT-in Minsk qrupu Azərbaycanı və Ermənistanı yeni mexanizm qəbul etməyə çağırdı

27.09.2015 | 10:09

OSCE_logo_170113

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycanı və Ermənistanı atəşkəs rejiminin pozulmasını araşdırılması üçün mexanizmi qəbul etməyə çağırdı.

Trend ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunula bağlı məsələ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla keçirilən görüşdə müzakirə edilib.

Həmsədrlər nazirlər ilə birgə təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Nazirlər bu ilin sonunadək keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşünə hazırlıq işlərini həmsədrlərlə davam etdirmək barədə razılıq əldə ediblər.

Həmsədrlər həmçinin son sutka ərzində itkilərə gətirib çıxaran artilleriya tətbiqini pisləyiblər.

Trend.az

27.09.2015 10:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*