Azərbaycanca

ATƏT PA-nın qış sessiyasında Ermənistanın ekoloji cinayətləri barədə danışılıb

20.02.2015 | 17:10

 

14242788413483056708_750x500

ATƏT PA-nın qış sessiyasında Ermənistanın ekoloji cinayətləri barədə danışılıb

 

 

 

 

 

Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 14-cü qış sessiyası çərçivəsində qurumun iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində “ATƏT məkanında enerji təhlükəsizliyinin gücləndirilməsi və ekoloji və iqtisadi çağırışların neytrallaşdırılması sahələrində əməkdaşlıq” mövzusunda iclas keçirilib.

 

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov iclasda çıxış edərək bildirib ki, bu gün Azərbaycan ATƏT məkanında enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində fəal rol oynayır. Azərbaycanın təşəbbüsü ilə regionda genişmiqyaslı neft-qaz və infrastruktur layihələri həyata keçirilir.

 

Eyni zamanda, dövlət siyasətində iqtisadi və ekoloji təhlükəsizliyə qarşı daxili və xarici təhlükələrdən müdafiəyə xüsusi diqqət ayrılır. Ötən on il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən dinamik inkişaf edən iqtisadiyyata çevrilib. Bu nəticəyə də iqtisadiyyatın diversifikasiyası sayəsində nail olmaq mümkün olub. Məhz bu səbəbdən Davos İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadi rəqabətliliyə görə dünya üzrə 38-ci yerdədir.

 

“Lakin bizi Ermənistandan gələn xarici təhlükə narahat edir. Azərbaycanın zəbt olunmuş ərazilərində işğalçılar ekoloji fəlakət və ətraf mühitin çirklənməsi mənbəyinə çevriliblər. Torpaq, su və havanın çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, köhnəlmiş və bütün region üçün təhlükəli olan Metsamor AES-dən istifadə yolu ilə ermənilər bu ərazilərə bərpaolunmaz ziyan vurublar”, – deyə E. İbrahimov diqqətə çatdırıb. O, əlavə edib ki, bu səbəbdən də komitənin növbəti iclasında həmin məsələnin müzakirəyə çıxarılması vacibdir.

 

 

 

 

 

AzərTAc

 

 

 

 

20.02.2015 17:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*