Azərbaycanca

“ATƏT sədri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir”

27.05.2014 | 06:44

1401097698_uorlikATƏT sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb. Amerikalı diplomat bildirib ki, ATƏT sədrinin Cənubi Qafqaza səfərindən əvvəl onunla görüşüb.“O, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir. Biz ona təşəkkür edirik” – deyə C. Uorlik yazıb. Qeyd edək ki, D. Burkhalterin iyul ayının 1-dən etibarən Cənubi Qafqaza səfəri başlayır. Gürcüstandan səfərə başlayacaq ATƏT sədri daha sonra Ermənistana və Azərbaycana gələcək. Onun yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir.

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

27.05.2014 06:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*